İranda tanınmış din xadimi həbs edilib
İranın ali rəhbəri Müctəba Xaməneinin qardaşı Möhsün Xaməneinin qaynı, "Ənsari-Hizbullah" dini-siyasi təşkilatın ("Hizbullah"ın İran qolunun) baş katibi Məhəmməd Baqer Xərrazi həbs edilib.
"Report" İran mediasına istinadən xəbər verir ki, bunu İslam respublikası məhkəmə hakimiyyətinin mətbuat katibi Məhəmməd Kazemi bildirib.
Onun sözlərinə görə, bir sıra qurumların şikayəti və məhkəmənin qərarı əsasında Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda həbsdə saxlanılır: "O, həbs edilib və istintaq təcridxanasında saxlanılır".
Xatırladaq ki, bu ilin avqustunda Məhəmməd Baqer Xərrazinin saxlanılmasına dair məlumat yayılmışdı.
O, 1961-ci il iyunun 26-da İranın Qum şəhərində anadan olub. Bacısı Müctəba Xameneinin qardaşı Məsud Xameneinin həyat yoldaşıdır.
Məhəmməd Baqer Xərrazi İranın dövlət quruluşunu tənqid edərək açıq şəkildə bildirirdi ki, İslam Respublikası indiki formada "artıq işləmir". O, dövlət idarəçiliyi modelinin kökündən dəyişdirilməsinə çağırırdı. M.Xərrazinin başçılıq etdiyi təşkilat İranın bütün nazirlik və idarələrinin yenidən qurulması üçün ətraflı plan hazırladığını da vurğulayırdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 431 Tarix: 08 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrAyda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar
Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd
13 sentyabrKaliforniyada salmonella epidemiyası qeydə alınıb
ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabr