Bəzi dövlətlərin metallurgiya və dağ-mədən sənayesi üzrə Azərbaycanla əməkdaşlığa üstünlük verməsi mümkündür

Bəzi dövlətlərin metallurgiya və dağ-mədən sənayesi üzrə Azərbaycanla əməkdaşlığa üstünlük verməsi mümkündür"Dağ-mədən sənayesini inkişaf etdirmək asan məsələ deyil, bu, çətin və mürəkkəb prosesdir. Xüsusilə son dövrlərin yeni texnologiyalarından istifadə etməklə bu sahənin inkişaf etdirilməsi vacibdir. Azərbaycan Prezidentinin müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı səsləndirdiyi fikirləri bir neçə istiqamətdə dəyərləndirmək olar".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

O, bildirib ki, bu gün dünyada, xüsusilə nadir metalların və digər yeraltı təbii sərvətlərin, o cümlədən dəmir və digər bərk elementlərin araşdırılması istiqamətində ciddi addımlar atılır:

"Bu, təkcə litiuma deyil, eyni zamanda qızıl və digər əlvan metallara da aiddir. Düşünürəm ki, böyük ehtimalla Azərbaycan dövləti bu istiqamətdə konkret araşdırmalar aparıb və bu sahədə böyük iqtisadi potensialın olması ilə bağlı müəyyən fikirlər var. Görünür, Azərbaycan Prezidentinin də bu proqramın inkişaf etdirilməsi ilə bağlı konkret yanaşması mövcuddur. Burada əsas məqsədlərdən biri gələcəkdə neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasıdır. Neft hasilatı da təbii olaraq müəyyən müddətdən sonra azalacaq və dünyada bu resursun tükənməsi qaçılmazdır. Buna görə də digər sahələrdə səmərəli işlər görülməlidir ki, bu, gələcəkdə iqtisadi potensialın qorunub saxlanılmasına xidmət etsin".

Politoloq bildirib ki, eyni zamanda, bəzi dövlətlərin metallurgiya və dağ-mədən sənayesinə ehtiyacı olduğuna görə iqtisadi münasibətlərə yenidən baxmaları və Azərbaycanla əməkdaşlığa üstünlük vermələri mümkündür:

"Xüsusilə xarici şirkətlərin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələlərin də bu proqramda yer alacağını düşünürəm. Bütün bunlar Azərbaycan dövlətinin iqtisadi potensialına müsbət təsir edən amillər kimi dəyərləndirilə bilər. Təbii ki, bunun üçün qarşıya qoyulan tapşırıqlar və proqram düzgün, vaxtında və səmərəli şəkildə həyata keçirilməlidir. Bu halda əldə olunan nəticələr gələcəkdə dövlətin digər sahələrdəki iqtisadi potensialına da fayda verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 448   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xarici bazardan asılılığı minimuma endirmək istəyirik - ŞƏRH

"Azərbaycan müharibədən çıxmış bir ölkədir. Altı il öncə torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik. Metallurgiya xüsusilə ordu üçün silah-sursatın hazırlanmasında vacib istiqamətlərdən biridir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da dağ-mədən sənayesinə v

23 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavir

23 sentyabr
.

27 Sentyabr - Anım Günüdür

27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başlandığı, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Bu gün torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qarşısında baş əydiyimiz, onların fədakarlığın

24 sentyabr
.

27 Sentyabr - Zəfərə aparan yol

2020-ci ilin sentyabr ayının 27-si xalqımızın çoxəsrlik şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs gün milli ləyaqətin bərpası, ədalətin təntənəsi, xalqın birliyinin və iradəsinin Zəfəri idi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrini

24 sentyabr
.

Metal və filiz ehtiyatlarının tam zəncir üzrə emalı valyuta daxilolmalarını artıracaq

Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasınd

23 sentyabr
.

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədə

23 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr