Xarici bazardan asılılığı minimuma endirmək istəyirik - ŞƏRH
"Azərbaycan müharibədən çıxmış bir ölkədir. Altı il öncə torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik. Metallurgiya xüsusilə ordu üçün silah-sursatın hazırlanmasında vacib istiqamətlərdən biridir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da dağ-mədən sənayesinə və metallurgiyaya ciddi ehtiyac var".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O, bildirib ki, Azərbaycan Prezidenti məsələnin üzərinə bu şəkildə getməklə çox strateji düşüncə sərgiləmiş olur:
"Azərbaycan dövləti sadəcə yerində saymır, hansısa problemi həll etdikdən sonra arxayınlaşmır. Əksinə, bu sahədə də öz gücünü artırmağa çalışır. Ümumiyyətlə, xarici bazardan asılılığı minimuma endirmək istəyirik. Azərbaycan bir çox sahələrdə mal, avadanlıq və digər məhsulları xaricdən alır. Dövlət çalışır ki, bu istiqamətlərdə də öz müstəqilliyini təmin etsin. Xarici bazardan, xarici istehsalçıdan və xarici məhsul sahiblərindən asılılıq müəyyən mənada dövlətin də asılılığına gətirib çıxara bilər. Dövlət öz daxilində, o cümlədən bu sahədə xarici asılılığı minimuma endirə bilirsə, onun müstəqilliyi və suverenliyi daha da möhkəmlənmiş olur. Prezident İlham Əliyev də məhz bu baxımdan bu proqramı gündəmə gətirib. Əlbəttə, bu, yalnız dağ-mədən sənayesi və metallurgiya ilə məhdudlaşmayacaq. Digər istiqamətlərdə də bu yöndə işlər görülür və yəqin ki, yaxın vaxtlarda yeni istiqamətlər haqqında da eşidəcəyik".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 297 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrPrezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"
"Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın
22 sentyabrİlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər:. 1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 199-cu ild
23 sentyabrAzərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb. Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsin
23 sentyabr