Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaq

Yeni dövlət proqramı dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi olacaqSon vaxtlar ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcək daha bir neçə dövlət proqramı qəbul olunub. Qəbul edilmiş proqramlar arasında üç əsas istiqamətə həsr olunanları xüsusi önəm daşıyır. Bunlar kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair dövlət proqramlarıdır.
Sentyabrın 22-də isə Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilmişdir. Bu, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahədir və bununla bağlı dövlət proqramının hazırlanması üçün Prezident İlham Əliyev hələ aprel ayında müvafiq sərəncam imzalamışdır. Sözügedən müşavirədə də dövlətimizin başçısı bu sahənin ölkə iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradacaq.
Bütövlükdə təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını daha da gücləndirəcək.
Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.
Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir.
"Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək. Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi," -deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bunları bir daha xatırladıb.
İşğal dövründə təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız da talan edilirdi. Ona görə də indi bu sərvət öz geoloji kəşfiyyat dövrünü gözləyir. İlk növbədə gündəmdəki işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə start verilib.
Müşaviədə o fikir də səsləndirilmişdir ki, Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var. Bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir. Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Odur ki, yeni ehtiyatlar müəyyənləşdirilməlidir. İqtisadi cəhətdən səmərəli olan yataqlar mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edilməlidir.
Müşavirədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov 2015-ci ildə dövlət başçısının sərəncamı ilə yaradılan bu qurumla Azərbaycanın dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinin əsası qoyulduğunu xatırlatdı. Ötən illərdə görülən işlər barədə məlumat verdi. Cari ildə isə "AzerGold" Qafqazın ən böyük qızıl yataqlarından biri olan "Söyüdlü" yatağında - "Zod" yatağında fəaliyyətə başlayıb.
Beləliklə, Davos Ümumdünya İqtisadi Forumunda dağ-mədən sənayesinin xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından iqtisadiyyatımızın əsas prioritet sahələrindən biri kimi qeyd edilməsi sektorun inkişafı üçün yeni imkanlar yaradır. 2027-ci ildən icrasına başlanması nəzərdə tutulan dövlət proqramı isə dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin əsas yol xəritəsi olacaq.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 298   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Xarici bazardan asılılığı minimuma endirmək istəyirik - ŞƏRH

"Azərbaycan müharibədən çıxmış bir ölkədir. Altı il öncə torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik. Metallurgiya xüsusilə ordu üçün silah-sursatın hazırlanmasında vacib istiqamətlərdən biridir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da dağ-mədən sənayesinə v

23 sentyabr
.

Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirl

23 sentyabr
.

Prezident onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. 23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

23 sentyabr
.

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər:. 1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 199-cu ild

23 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr