Dövlət başçısının müşavirədəki çıxışı gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir - POLİTOLOQ
"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramına dair çıxışı geniş və əhatəli idi və bir neçə aspekti özündə ehtiva edirdi. İlk növbədə bir daha xatırlayırıq ki, işğal dövründə ermənilər Azərbaycanın təbii sərvətlərini talayıb, qarətçilik siyasəti həyata keçiriblər. Təbii ki, bizə vurulan zərərin dəqiq miqdarını, göstəricilərini və statistikasını öyrənmək lazımdır".
Bunu Sonxeber.az-a açıqlama politoloq Tofiq Abbasov deyib.
O, bildirib ki, digər tərəfdən, artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni istiqamətlər özünəməxsus fəallıq impulsu alır:
"Çünki bu işlər ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılması ilə bağlıdır. Yataqların və metallurgiya müəssisələrinin yerləşdiyi ərazilərdə yeni infrastruktur formalaşmalı, servis şirkətləri, köməkçi müəssisələr və digər strukturlar yaradılmalıdır. Bu, sözün əsl mənasında, bölgələrə yeni nəfəs gəlməsi deməkdir. Hesab edirəm ki, əgər işlər dövlət proqramları səviyyəsində həyata keçiriləcəksə, bütün incəliklər, nüanslar və vacib detallar nəzərə alınacaq və layihələr qısa müddətdə reallaşdırılacaq. İlk növbədə isə işğaldan azad olunmuş ərazilərimizdə yeni müəssisələrin fəaliyyətə başlaması vacibdir".
Politoloq bildirib ki, biz heç kimə göz dağı vermək niyyətində deyilik:
"Sadəcə məsələ ondan ibarətdir ki, ermənilər uzun müddət Qarabağ torpaqlarının guya onlara məxsus olduğunu deyirdilər. Onlar ərazilərimizin 20 faizini işğal etdikdən sonra həmin torpaqlara münasibətlərini gördük. İlk növbədə dağıdıcılıq və barbarlıq nümayiş etdirdilər. Biz isə təmkin göstərdik və bir daha bildiririk ki, həmin torpaqlara ermənilərin heç bir aidiyyəti olmayıb. Yeri gəlmişkən, 1920-ci ilə qədər Xankəndidə ermənilərin yaşamadığı barədə fikirlər də səsləndirilir. Sovet dövlətinin milli siyasəti nəticəsində oraya erməni əhalisinin yerləşdirildiyi və bunun sonradan tarixi iddialara əsas kimi təqdim edildiyi bildirilir".
Onun sözlərinə görə, dövlət başçısının müşavirədəki çıxışı həm də gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir:
"Bu, böyük ərazilərin yeni layihələrlə əhatə olunmasına imkan yarada bilər. Bu istiqamətlər Azərbaycanda daxili işgüzarlıq mühitinə də dəstək verəcək və yeni impuls yaradacaq. Eyni zamanda, kadr hazırlığına diqqət yetirilməlidir və bu istiqamətdə Nazirlər Kabinetinin də üzərinə məsuliyyət düşür. Nəhayət, xarici bazarlara çıxış üçün də yeni imkanlar yaranır. İstər qızıl, istər mis, istərsə də metallurgiya sahəsinin digər məhsulları üzrə Azərbaycan öz milli ixracını artıra bilər. Buna böyük ehtiyac var və bu da xalqın rifahının yüksəlməsinə öz töhfəsini verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu