Metal və filiz ehtiyatlarının tam zəncir üzrə emalı valyuta daxilolmalarını artıracaq

Metal və filiz ehtiyatlarının tam zəncir üzrə emalı valyuta daxilolmalarını artıracaqSon illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən və metallurgiya sektoru mühüm hərəkətverici qüvvəyə çevrilməkdədir. Ölkənin zəngin təbii resurs potensialı, müasir texnologiyaların tətbiqi və sənaye zonasında yaradılan əlverişli investisiya mühiti bu sahənin keyfiyyətcə yeni müstəviyə çıxarılmasını vacib şərt kimi irəli sürür. Məhz bu kontekstdə, dövlətin uzunmüddətli inkişaf strategiyasında dağ-mədən və metallurgiya kompleksinin yerinin dəqiqləşdirilməsi və bu istiqamətdə sistemli fəaliyyət proqramlarının icrası xüsusi aktuallıq kəsb edir. Məhz bu zərurətdən irəli gələrək Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirə bir sıra mühüm strateji, iqtisadi və regional məsələləri əhatə edib. Neft və qaz resursları ilə yanaşı, metal və filiz ehtiyatlarının tam zəncir üzrə emal olunması, əlavə dəyər yaradan son məhsulun istehsalı və xarici bazarlara çıxarılması ölkəyə valyuta daxilolmalarını artırmaq baxımından müstəsna əhəmiyyət daşıyır.
Müşavirədə dövlətimizin başçısı proqramın qarşıya qoyduğu hədəflərə və onun icra müddətinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində - 2027-2030-cu illərdə tam icra edilməlidir. Dövlət başçısı, həmçinin vurğulayıb ki, qəbul ediləcək yeni proqram yalnız sənayenin inkişafını deyil, regionların sosial-iqtisadi inkişafına dair gündəliyi də özündə əks etdirəcək.
K.Bayramov vurğulayıb ki, keçirilən bu müşavirə və qarşıya qoyulan konkret tapşırıqlar bir sıra mühüm strateji, iqtisadi və regional zərurətlərdən irəli gəlir. İlk növbədə, sənayenin şaxələndirilməsi və qeyri-neft ixracının artırılması əsas hədəflərdəndir. Həmçinin, azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması məsələsi də bu sahənin inkişafını şərtləndirən mühüm amillərdəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin dağ-mədən və metal yataqlarına (qızıl, mis, mərmər, polimetal və s.) sahibdir. Bu resursların geoloji kəşfiyyatı, səmərəli və ekoloji standartlara uyğun istismarı üzrə vahid Dövlət Proqramının icrası həmin ərazilərin tezliklə bərpasına və ölkə iqtisadiyyatına inteqrasiyasına xidmət edir. Eyni zamanda, milli istehsalın qorunması və idxaldan asılılığın azaldılması dövlətin diqqət mərkəzindədir. Tikinti, maşınqayırma və infrastruktur layihələrində istifadə olunan metallurgiya məhsullarının yerli istehsal hesabına təmin edilməsi daxili bazarın sabitliyini artırır və xarici asılılığı aradan qaldırır. Bununla yanaşı, sahəyə investisiya cəlbediciliyinin artırılması və müasir texnologiyaların tətbiqi də vacib şərtdir. Dağ-mədən sektoruna xarici və yerli investisiyaların cəlb edilməsi, ekoloji cəhətdən təmiz ("yaşıl") və qabaqcıl texnologiyaların tətbiqi üçün dövlət səviyyəsində vahid tənzimləmə və təşviq mexanizminin yaradılması tələb olunur.
Metallurgiya və mədənçilik müəssisələrinin genişləndirilməsi bölgələrdə minlərlə ixtisaslı kadrın yüksək əməkhaqqı ilə təmin olunmasına birbaşa təkan verir. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə sahənin mövcud vəziyyətini qiymətləndirmək, maneələri aradan qaldırmaq və Dövlət Proqramı çərçivəsində aidiyyəti qurumlar qarşısında konkret tapşırıqlar qoymaq məqsədi daşıyır. Dövlətin maliyyə zəmanəti verdiyi bu nəhəng layihə, eyni zamanda yerli və xarici investorlar üçün açıq elan edilməklə ölkənin biznes mühitinə yeni nəfəs gətirəcək. Proqramın icrası ölkədə dayanıqlı və rəqabətqabiliyyətli ağır sənaye sahəsinin formalaşmasını təmin edəcək. Bu addım ən azı 5 min yeni iş yerinin yaradılmasına şərait yaradacaq, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun resurslarını iqtisadi dövriyyəyə cəlb etməklə həmin ərazilərdə məşğulluğu və məskunlaşmanı sürətləndirəcək. İqtisadi dividendlərə gəlincə, dövlət büdcəsinə böyük həcmdə vergi daxilolmaları, qeyri-neft sektoru üzrə güclü ixrac potensialı və illik 1 milyard manatdan çox müsbət maliyyə effekti proqnozlaşdırılır. Bütün bunlar milyardlarla manat dəyərindəki strateji layihələrin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafına verəcəyi müstəsna töhfəni bir daha təsdiqləyir.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 310   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video

Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb. İlk olara

23 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məluma

23 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb. Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsin

23 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr