Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video
Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib.
"Qafqazinfo" "NEWS.am"a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb.
İlk olaraq onun olduğu təyyarənin saat 21:40-da İrəvana qayıtmalı olduğu bildirilsə də, eniş gözləniləndən 2 saat sonra baş tutub. Gecikmənin səbəbi isə hələ açıqlanmayıb.
Hava limanında olarkən jurnalistlər Qriqoryana bir neçə sual ünvanlayıblar. Erməni jurnalistlər xüsusilə də Bakıda saxlanılan separatçı ermənilərin geri qaytarılması məsələsinin müzakirə olunub-olunmadığını soruşublar. Buna baxmayaraq, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri sualları cavablandırmayıb.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 356 Tarix: 23 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrAzərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb. Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsin
23 sentyabrİlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund
22 sentyabrAzərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi
Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məluma
23 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrAzərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir
Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca
23 sentyabr