Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir

Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilirDağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm imkanlar yaradır. Bununla belə, uzun illər ərzində mövcud potensialdan tam və səmərəli istifadə etmək mümkün olmayıb. İşğal faktoru da Azərbaycanın bir sıra mühüm mineral yataqlarından istifadəsini məhdudlaşdıran əsas amillərdən biri olub.
Prezident İlham Əliyev sentyabrın 22-də "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını həm obyektiv, həm subyektiv səbəblərə görə əngəlləyən səbəblərdən söz açıb. Bildirib ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını, yəni qızıl, mis, molibden yataqlarımızı talamaqda da davam etdirirdi.
İşğal dövründə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı məsələsi də bu baxımdan xüsusi diqqət çəkir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qızıl, mis, molibden və digər mineral yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə istismar edilib. Keçmiş işğal dövründə Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsullarının (qızıl, mis, sink və s.) xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil edilib. Hətta bəzi mənbələrə görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Bu işdə erməni vandallarına bəzi xarici şirkətlər də yardımçı olub. Bu baxımdan, ərazilərin işğaldan azad olunması yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil, həm də ölkənin təbii resurslarından öz iqtisadi inkişafı naminə istifadə imkanlarının genişlənməsi baxımından yeni mərhələ yaradıb. Bu gün qarşıda duran əsas vəzifələrdən biri mövcud yataqların müasir üsullarla öyrənilməsi, onların ehtiyatlarının dəqiqləşdirilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident, həmçinin vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan konkret mexanizmlər əsasında dağ-mədən sənayesi inkişaf etdiriləcək, birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqlar tezliklə işə salınacaq: "Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq".
Qeyd edək ki, o rayonların digər bölgələrində, həm qonşu rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikası da böyük təbii resurslar var. Bu məqsədlə həmin ərazilərdə də kəşfiyyat işlərinin, geoloji kəşfiyyat işlərinin aparılacağı istisna deyil. Prezidentin sözlərinə görə, artıq buna da start verilib. Naxçıvan Muxtar Respublikasında isə gələn ildən geoloji kəşfiyyat işlərinə başlanılacaq. Mövcud resursların müasir texnologiyalar əsasında öyrənilməsi yeni yataqların müəyyənləşdirilməsi və gələcəkdə onların iqtisadi dövriyyəyə cəlb olunması üçün imkanlar yarada bilər. Bu isə dağ-mədən sənayesinin yalnız hazırda məlum olan yataqlar hesabına deyil, yeni kəşfiyyat nəticələri əsasında da genişlənməsinə şərait yaradacaq. Ölkə Prezidenti, həmçinin bu yaxınlarda yaradılmış Qərb Sənaye Parkının əsas məqsədinin məhz dağ-mədən sənayesinin inkişafı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bunlar Azərbaycanın dağ-mədən sənayesinin qarşıdakı illərdə yeni mərhələyə qədəm qoyacağını göstərir. Şübhəsiz, bu sahənin inkişafı yeni istehsal sahələrinin yaradılmasına, sənaye potensialının gücləndirilməsinə, regionlarda məşğulluğun artırılmasına və yerli xammal bazasının genişləndirilməsinə təkan verəcək. Bütün bunlar göstərir ki, dağ-mədən sənayesinə yanaşma artıq yalnız ayrı-ayrı yataqların istismarı məsələsi kimi nəzərdən keçirilmir. Qarşıya qoyulan məqsəd mineral resurslardan daha səmərəli istifadə etməklə hasilat, emal, metallurgiya, sənaye istehsalı və ixrac arasında vahid iqtisadi zəncir yaratmaqdır. Bu baxımdan yeni Dövlət Proqramı sektorun inkişafı üçün uzunmüddətli və sistemli çərçivə formalaşdırır.
Qeyd edək ki, Prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının cəmi 4 il ərzində - 2027-2030-cu illərdə tam icra edilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Prezidentin fikrincə, yeni proqram, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərə tam uyğundur.
Nəticə etibarilə, dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, sənaye potensialının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi fəallığının artmasına və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər. Qarşıdakı illərdə bu sahədə həyata keçiriləcək layihələr Azərbaycanın zəngin mineral ehtiyatlarının iqtisadi üstünlüyə çevrilməsinə imkan yaradacaq. Başqa sözlə, dağ-mədən sənayesi də ölkə iqtisadiyyatının inkişafında öz sözünü deyəcək və qeyri-neft sektorunun yeni artım mənbələrindən birinə çevriləcək.

Qvami Məhəbbətoğlu - araşdırmaçı jurnalist


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 235   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Metal və filiz ehtiyatlarının tam zəncir üzrə emalı valyuta daxilolmalarını artıracaq

Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasınd

23 sentyabr
.

Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb. Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsin

23 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xaric

23 sentyabr
.

Azərbaycan dağ-mədən sənayesinin yeni yüksəlişi

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məluma

23 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir

Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında Ölkə başçısı tərəfindən müvafiq Sərənca

23 sentyabr
.

Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir

Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməs

23 sentyabr