Formula 1: Azərbaycan Qran-prisi başladı (YENİLƏNİR)

Formula 1: Azərbaycan Qran-prisi başladı (YENİLƏNİR)"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Qaynarinfo xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.

Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.

Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

08.38

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.

Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. "Formula 2": Sərbəst yürüş
12:30. "Formula 1": Birinci sərbəst yürüş
14:00. "Formula 2": Birinci sıralama turu
14:30. "Formula 2": İkinci sıralama turu
16:00. "Formula 1": İkinci sərbəst yürüş


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 411   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

Formula 1: Azərbaycan Qran-prisi davam edir

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək. Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də sprint yarışı keçirilir. Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək. Ardınca iki dərəcəli pilotların il

25 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

Formula 1: Azərbaycan Qran-prisi başladı (YENİLƏNİR)

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. Qaynarinfo xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb. Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək. Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq. 08.38. Bu gün "Formula 1" üzrə Azərbayca

24 sentyabr
.

Burak Yılmaz "Çorum"un baş məşqçisi olub

Burak Yılmaz Türkiyə Süperliqası təmsilçisi "Çorum"un baş məşqçisi olub. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar. Qeyd edək ki, 41 yaşlı mütəxəssis daha əvvəl "Beşiktaş", "Kayserispor", "Kasımpaşa"

25 sentyabr
.

"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşdü (FOTO)

Bakıda 10-cu dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub. Bu barədə -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərl

25 sentyabr