Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi

Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsiOrdumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq… Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. İşğal altındakı ərazilərimiz düşməndən azad olunandan bir neçə gün sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi torpaqlarımıza səfərləri hər birimizdə qürur hissi yaratdı. Dövlətimizin başçısı həmin ərazilərdə bayrağımızı ucaldaraq bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu babalarımız yaşayıb, biz yaşamışıq, xalqımız yaşayıb.İşğalçı ermənilərin onilliklər boyu vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl çağlarına qaytarmaq üçün indi Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb, artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.

Ələddin Bəşirov- politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 218   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır"

"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. "Baxışımız enerj

25 sentyabr
.

Prezident Dubay Hakiminə başsağlı verdi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Qardaşınız - görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumu

23 sentyabr
.

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edə bilər

"Dağ-mədən və metallurgiya sənayesi hər bir ölkə üçün vacib, eyni zamanda kifayət qədər böyük maliyyə tutumlu ağır sənaye sahəsidir. Bu kimi xammal ehtiyatlarına malik ölkələrdə dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı istiqamətlərindən birini təşkil edir və ümumi daxili məhsulun formalaşmasınd

24 sentyabr
.

Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

25 sentyabr
.

İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

25 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr
.

Azərbaycan xalqı işğalla heç zaman barışmayıb

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın

25 sentyabr