Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Ərazi bütövlüyü və suverenliyimiz uğrundaTorpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxribat cəhdləri isə bu ölkənin faktiki olaraq danışıqlar prosesindən çıxdığının göstəricisi idi. Eyni zamanda düşmən ölkə bu kimi təxribatlar törətməklə Azərbaycanın səbr kasasını daşdırmağa çalışırdı.
Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hər zaman qeyd edrdi ki, danışıqlar nəticə vermədiyi halda hərb variantı da qaçılmaz olacaq. Məhz Ermənistanın 2020-ci ilin 27 sentyabr tarixində növbəti hərbi təxribatları zamanı Azərbaycan tərəfi genişmiqyaslı anti-terror əməliyyatlarına başlamaq qərarı verdi.
Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi orduquruculuğu nəticəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu cəmi 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan, bu müddət ərzində bütün tarixi, mədəni, dini abidələrimizin yerlə yeksan edildiyi ərazilərimiz rəşadətli Azərbaycan Orudusu tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq savaşı həm hərb meydanında, həm də diplomatik müstəvidə gedirdi. Erməni lobbisi, eyni zamanda, anti-Azərbaycan dairələr ölkəmizə qarşı informasiya müharibəsi başladaraq müəyyən təzyiqlər göstərməyə çalışırdılar. Lakin bu dairələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti qarşısında geri çəkilmək məcburiyyətində qaldılar.
Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan hərbi əməliyyatlar davam edən günlərdə müharibə cinayətləri törətməkdən belə çəkinmədilər. Belə ki, hərbi əməliyyatlar zonasından kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımız ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutulur, gecə ikən öz evlərində yatan dinc sakinlərimiz erməni terrorunun qurbanı oldular. Azərbaycan Ordusu isə Ermənistandan fərqli olaraq mübarizəni müharibə qanunları çərçivəsində hərb meydanında aparır və düşmənin belini qırırdı. Rəşadətli Ordumuz qarşısında diz çökən Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Məhz Prezidentimizin qətiyyətli siyasəti, mahir diplomatik bacarığı nəticəsində 3 rayonumuz heç bir hərbi əməliyyatlar keçirilmədən düşmənin işğalından azad edildi.
Azərbaycan Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuzun sayəsində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyünü təmin etdi. Təbii haldır ki, müharibələr qansız-qadasız, itkisiz ötüşmür. Vətən müharibəsində igid Vətən övladları canlarından-qanlarından keçərək şəhid oldular, sağlamlıqlarını itirərək müxtəlif bədən xəsarətləri aldılar.
Azərbaycan dövləti, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə hər zaman xüsusi diqqət və qayğı göstərirlər. Bundan əlavə ölkə Prezidentinin Fərmanı ilə "YAŞAT" Fondunun yaradılması şəhid ailələri və qazilərimizə olan ali diqqətin göstəricisidir. Şəhid ailələrinin, qazilərimizin mənzil-məşiət şəraitinin yaxşılaşdırılması, bu kateqoriyadan olan şəxslərin yaranmış istənilən probleminin dövlət tərəfindən təxirəsalımaz tədbirlərlə həll edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqımız da öz igid oğullarını heç zaman unutmayacaq. Çünki xalqımız bu igid oğulların sayəsində öz məğrurluğuna, qalibiyyətinə qovuşub, ölkəmizin ərazi bötüvlüyü, dövlət suverenliyimiz təmin edilib.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 203   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

İlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsinin müdiri Mehma

23 sentyabr
.

Prezident Dubay Hakiminə başsağlı verdi

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Qardaşınız - görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumu

23 sentyabr
.

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Cor

25 sentyabr
.

Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - DOSYE

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova "general-leytenant" ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Allahverən İbiş oğlu İsmayılovun dosyesin

25 sentyabr
.

27 Sentyabr Anım Günü

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Azərbaycan xalqı işğalla heç zaman barışmayıb

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın

25 sentyabr
.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, mətndə deyilir:. "Sizi 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səmimi-qəlbdən salamlayıram. Bu Forumun dünyanın müxtəlif ölkələrindən hökumətləri

25 sentyabr
.

Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur

"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni mərhələ aça bilər. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub

24 sentyabr