İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOSentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını deyib.

Görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edilib.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.
İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 142   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

27 Sentyabr Anım Günü

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Cor

25 sentyabr
.

İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

25 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdi

23 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr
.

Azərbaycan Prezidenti: "Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı halqasına və qapıya çevrilib"

"Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır". AZƏRTAC-a istinadə

25 sentyabr
.

Azərbaycan sənayenin yeni strategiyası

Azərbaycanın iqtisadi inkişaf strategiyası son illərdə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının genişləndirilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə etməkl

23 sentyabr
.

27 sentyabr həm də Zəfər gününün başlanğıcıdır

Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 2020-ci ilin 27 sentyab

24 sentyabr
.

Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş icraçı direktoru Konnor Teskini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosd

25 sentyabr