Azərbaycan Prezidenti: "Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı halqasına və qapıya çevrilib"
"Ölkəmizin qlobal strateji tərəfdaşlıqları və qeyri-neft sektoruna artan xarici investisiyalar emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açır".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
Prezident İlham Əliyev müraciətində bildirib: "Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunub. "Fitch" və "Moody's" agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəldib, növbəti dövr üzrə proqnozu müvafiq olaraq "sabit" və "müsbət" kimi qiymətləndirib. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir".
"Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı halqasına və qapıya çevrilib. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirir; formalaşmaqda olan Zəngəzur dəhlizi - TRIPP əlaqəlilik marşrutu kimi də tanınır - isə Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək və bütün Avrasiya məkanında ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq", - deyə müraciətdə qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 211 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən "AzerGold"la bağlı SƏRƏNCAM
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsinin müdiri Mehma
23 sentyabrPrezident Dubay Hakiminə başsağlı verdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Qardaşınız - görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumu
23 sentyabr27 Sentyabr Anım Günü
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl
25 sentyabrAzərbaycan xalqı işğalla heç zaman barışmayıb
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın
25 sentyabrAzərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur
"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni mərhələ aça bilər. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub
24 sentyabr