Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur
"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni mərhələ aça bilər. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub. Bu proqramlara uyğun olaraq regionların bərpası və insanların rifahının yaxşılaşdırılması, həmçinin sosial infrastruktur obyektlərinin yaradılması baxımından böyük irəliləyiş əldə edilib. Lakin dağ-mədən sənayesi ilə bağlı son dövlət proqramını regionların sosial-iqtisadi inkişafı prosesində yeni mərhələ açan sənəd kimi dəyərləndirmək olar".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, bu sahənin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var idi:
"Çünki Prezidentin də qeyd etdiyi kimi, bu sahə Sovet hakimiyyəti dövründə Azərbaycanda bir növ unudulmuş və lazımi diqqət göstərilməyən istiqamətlərdən biri olub. Sanki Azərbaycanın neftdən başqa heç bir sərvəti yoxmuş kimi yanaşılırdı. Neftin istismarı fonunda digər dağ-mədən ehtiyatlarının işlənməsinə o qədər də maraq göstərilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə faydalı qazıntı ehtiyatları ilə zəngin olan ərazilərimizin bir hissəsi erməni işğalı altında qaldı. Beləliklə, bir mərhələdə Sovet hakimiyyətinin laqeyd münasibəti, digər mərhələdə isə ermənilərin talançılıq siyasəti bölgələrimizin təbii ehtiyatlarına ciddi zərər vurdu. Belə şəraitdə qəbul edilən bu proqram həm Sovet hakimiyyəti dövründəki laqeydliyin, həm də erməni təcavüzünün nəticələrinin aradan qaldırılması baxımından mühüm işlər görə bilər".
Ekspert bildirib ki, burada xüsusilə Qarabağ və Zəngəzur bölgəsinin mineral və dağ-mədən ehtiyatlarının işlənməsindən söhbət gedir:
"Bu ehtiyatların istifadəyə verilməsi həmin bölgələrdə təbii sərvətlərin üzə çıxarılmasında mühüm rol oynamaqla yanaşı, insanların məşğulluğunun yaxşılaşdırılmasına və dövlət büdcəsi üçün əlavə gəlir mənbələrinin formalaşmasına imkan yarada bilər. Eyni zamanda, bu istiqamətdə görüləcək işlər həm Sovet hakimiyyəti dövründə yol verilmiş səhvlərin, həm də erməni təcavüzünün yaratdığı dağıntıların nəticələrinin aradan qaldırılmasına təsir göstərə bilər. Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur. Proqramda bu baxımdan "AzərGold"a xüsusi funksiyanın ayrılması da əhəmiyyətlidir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, əlvan metal ehtiyatlarının işlənməsinin ilkin mərhələsində əsas rol Azərbaycanın milli qızıl şirkətinə veriləcək. Sonrakı mərhələlərdə isə dövlətin nəzarəti altında xarici investisiyaların cəlb olunması nəzərdə tutulur. Eyni zamanda, bu istiqamətdə görüləcək işlər investorlar qarşısında böyük məsuliyyət qoyur. İnvestorların məsuliyyətinin proqramda ayrıca maddə ilə qeyd olunması da mühüm məqamdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa