Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırırBu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdim edilib. Dövlət Proqramı mineral xammalın yalnız hasilatını deyil, onun ölkə daxilində daha dərindən emalını və yüksək əlavə dəyər yaradan məhsulların istehsalını nəzərdə tutur.
Müşavirədə təqdim olunan hədəflər təhsil sistemi üçün də yeni çağırışlar formalaşdırır. Proqramın həyata keçirilməsinin ixtisaslı kadrlara tələbatı artıracağının vurğulanması, eyni zamanda, elmi potensialın artırılması, tədqiqat və inkişafın dəstəklənməsi, təhsil-sənaye əməkdaşlığının gücləndirilməsinin ayrıca istiqamətlər olaraq müəyyənləşdirilməsi bu faktı təsdiqləyir.
Bu proses təhsil sisteminə olan tələbin yalnız kəmiyyət deyil, həm də keyfiyyət və struktur baxımından dəyişəcəyini göstərir. Onun sözlərinə görə, dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi təkcə mədən mühəndislərinə tələbatın artması kimi başa düşülməməlidir.
Geologiya, metallurgiya və materialşünaslıqla yanaşı, proseslərin avtomatlaşdırılması, mexanika, elektroenergetika, kimya mühəndisliyi, sənaye təhlükəsizliyi, ekoloji idarəetmə, laboratoriya texnologiyaları və logistika kimi sahələrdə də yeni kadr ehtiyacının yaranması proqnozlaşdırıla bilər. Əsas məsələlərdən biri sənayenin inkişaf tempi ilə kadr hazırlığı arasında uyğunluğun təmin edilməsidir. İri sənaye layihələrinin investisiya mərhələsindən istehsala keçməsi müəyyən vaxt tələb etdiyi kimi, ali və peşə təhsilində yeni mütəxəssisin hazırlanması da uzunmüddətli prosesdir. Bu səbəbdən perspektiv kadr tələbinin istehsal gücləri fəaliyyətə başladıqdan sonra deyil, əvvəlcədən müəyyənləşdirilməsi əhəmiyyətlidir. Başqa sözlə, sənaye investisiyası ilə insan kapitalına investisiyanın paralel olaraq həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın peşə təhsili sistemində son illərdə müşahidə olunan genişlənmə bu istiqamətdə mühüm baza yaradır. Xüsusilə ikili təhsil modelinin genişləndirilməsi dağ-mədən və metallurgiya sənayesi üçün əhəmiyyətli ola bilər. Bu sahələrdə yalnız nəzəri hazırlıq kifayət etmir; tələbələrin təhsil müddətində real istehsal proseslərinə qoşulması, müasir avadanlıq və texnologiyalarla işləməsi onların əmək bazarına keçidini asanlaşdıra bilər. Yeni və modernləşdirilən peşə təhsili müəssisələrinin ixtisas profilinin regionlarda formalaşacaq sənaye tələbi ilə əlaqələndirilməsi də mühüm imkan yaradır.
Bununla yanaşı, məsələyə yalnız peşə təhsili səviyyəsində yanaşmaq kifayət etmir. Filiz hasilatından daha dərin emala və son məhsul istehsalına keçid yüksək ixtisaslı mühəndislərin və tədqiqatçıların rolunu artırır. Buna görə ali təhsil proqramlarının yeni sənaye texnologiyalarının tələblərinə uyğunlaşdırılması, universitetlərin istehsal müəssisələri ilə birgə laboratoriyalar və tətbiqi tədqiqat layihələri həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır.
Universitet-sənaye əməkdaşlığı istehsalat təcrübəsi ilə məhdudlaşmamalı, müəssisələrin təhsil proqramlarının hazırlanmasında və tədrisdə iştirakını, tələbələrin real istehsal problemləri üzərində işləməsini və müvafiq sahələrdə tətbiqi tədqiqatların genişləndirilməsini əhatə etməlidir.
Bu əməkdaşlıq həm təhsilin keyfiyyətinə, həm də müəssisələrin texnoloji imkanlarına müsbət təsir göstərə bilər. Digər mühüm istiqamət regional kadr hazırlığıdır. Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və digər ərazilərdə nəzərdə tutulan layihələr regionlardakı peşə və ali təhsil müəssisələrinin ixtisas profillərinin yerli iqtisadiyyatın perspektiv tələblərinə uyğunlaşdırılmasını aktuallaşdırır. Bu yanaşma yerli məşğulluğun və müəssisələrin kadr təminatının yaxşılaşmasına xidmət edə bilər. Yeni sənaye mərhələsi mövcud işçi qüvvəsinin yenidən hazırlanmasını da zəruri edir.
Beləliklə, 2027-2030-cu illər üçün nəzərdə tutulan dağ-mədən və metallurgiya layihələri Azərbaycanın mövcud kadr potensialından daha səmərəli istifadəyə imkan yaratmaqla yanaşı, həmin potensialın keyfiyyətcə yeni mərhələyə keçirilməsini də tələb edir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 309   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Xarici bazardan asılılığı minimuma endirmək istəyirik - ŞƏRH

"Azərbaycan müharibədən çıxmış bir ölkədir. Altı il öncə torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etdik. Metallurgiya xüsusilə ordu üçün silah-sursatın hazırlanmasında vacib istiqamətlərdən biridir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da dağ-mədən sənayesinə v

23 sentyabr
.

Prezident Estoniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirl

23 sentyabr
.

Prezident onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Əziz Qardaşım,. 23 Sentyabr - Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

23 sentyabr
.

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər:. 1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 199-cu ild

23 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr