Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiya ilə qarşılaşıb. Görüş idmançının yeddinci raundda nokautla məğlub olması ilə yekunlaşıb. Döyüş bitdikdən sonra Torres huşunu itirənə qədər rinqdə qalıb. İdmançıya tibbi yardım göstərilərək Mexikalidəki xəstəxanaya yerləşdirilib. Orada onun beynindəki tromb səbəbindən təcili əməliyyat aparılıb və boksçu süni koma vəziyyətinə salınıb. Sentyabrın 25-də idmançı aldığı ağır xəsarətlərdən ölüb.

Xatırladaq ki, Torres peşəkar boksda ilk dəfə 2018-ci ilin noyabrında çıxış edib. O, karyerası ərzində 15 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub və 3 qarşılaşmanı heç-heçə başa vurub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 173   Tarix: 26 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünən məğlub oldu, bu gün qovuldu

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb. Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imz

26 sentyabr
.

Formula 2: Azərbaycan Qran-prisində sprint yarışı başa çatdı (YENİLƏNİB)

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. Qaynarinfo-nun məlumatına görə, mübarizəni birinci pillədə başa vuran pilot müəyyənləşib. "Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb. 09.00. "Formula 2" üzrə Azərbaycan Qran-prisind

25 sentyabr
.

Nokauta düşən meksikalı boksçu bir həftə sonra öldü

26 yaşlı meksikalı boksçu Arturo Torres sonuncu döyüşünün ardından komaya düşüb və bir həftə belə keçmədən dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Supreme Boxing" promouter şirkəti məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 19-da Mexikali şəhərində Torres öz həmyerlisi Xilberto Qarsiy

26 sentyabr
.

"Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının vaxtı açıqlandı

Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" qarşılaşmalarının vaxtı açıqlanıb. "Qafqazinfo PFL-in saytına istinadən xəbər verir ki, hər iki matç eyni gündə - dekabrın 17-də keçiriləcək. 17 dekabr (cümə axşamı)

29 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub

Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab

29 sentyabr
.

"Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu

"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari"

26 sentyabr
.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

Burak Yılmaz "Çorum"un baş məşqçisi olub

Burak Yılmaz Türkiyə Süperliqası təmsilçisi "Çorum"un baş məşqçisi olub. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar. Qeyd edək ki, 41 yaşlı mütəxəssis daha əvvəl "Beşiktaş", "Kayserispor", "Kasımpaşa"

25 sentyabr