Bakıdan dünyaya açılan imkanlar

Bakıdan dünyaya açılan imkanlarDünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu.
Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanın müxtəlif ölkələrindən investorları, maliyyə institutlarını və biznes dairələrini bir araya gətirdi. Forumda yalnız mövcud imkanlar deyil, həm də dəyişən qlobal iqtisadi mühitdə yeni investisiya istiqamətləri, regional əməkdaşlıq və Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən iqtisadi bağlantılardakı rolu müzakirə olundu. Beləliklə, iki gün ərzində Bakıda səslənən fikirlər və imzalanan sənədlər Azərbaycanın investisiya gündəliyinin yeni mərhələsinə dair mühüm mesajlar verdi.
Qlobal iqtisadi münasibətlərin yeni reallıqlarla üz-üzə qaldığı, təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda investisiya üçün etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun iştirakçılarına müraciətində bu məqama diqqət çəkərək qeyd edib: "Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir". Məhz bu, Bakıda keçirilən forumun əsas müzakirə xəttini də müəyyənləşdirib. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bugünkü investisiya gündəliyi yalnız kapital qoyuluşlarının həcmi ilə məhdudlaşmır. Söhbət, eyni zamanda, yeni iqtisadi bağlantıların qurulmasından, regional dəyər zəncirlərinin formalaşdırılmasından, enerji və nəqliyyat layihələrinin genişləndirilməsindən, rəqəmsal texnologiyaların tətbiqindən və "yaşıl keçid"in maliyyələşdirilməsindən gedir.
Forumun ilk günündə bu istiqamətlərin hər biri üzrə ayrıca müzakirələr aparıldı. Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu, Orta dəhlizin inkişafı, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı və yeni bağlantı imkanları, regional enerji əlaqələri, "yaşıl enerji", süni intellekt, rəqəmsal transformasiya, kapital bazarları və beynəlxalq maliyyə əməkdaşlığı əsas mövzular sırasında yer alıb. Kənd təsərrüfatı, əczaçılıq, su ehtiyatlarının idarə olunması, maliyyə sektoru və investisiyaların təşviqi isə gündəliyin digər mühüm istiqamətlərini formalaşdırıb.
Forumun investisiya gündəliyinin genişliyi konkret razılaşmalarda da öz əksini tapdı. İki gün ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və investisiya sənədlərinin imzalanması müzakirələrin real layihələrlə tamamlandığını göstərdi. Tədbir çərçivəsində ümumilikdə 23 sənəd imzalanıb. Bu sənədlərin əhatə etdiyi investisiya layihələrinin ümumi dəyəri 10,8 milyard dollar təşkil edir. Rəqəmin miqyası ilə yanaşı, diqqətçəkən məqam investisiya portfelinin şaxələnməsidir.
Beləliklə, Bakıda iki gün davam edən müzakirələr yalnız investisiya imkanlarının təqdimatı ilə yekunlaşmadı. Forumun nəticələri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə beynəlxalq kapitalın və yeni texnologiyaların cəlb olunması, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması baxımından konkret göstəricilərlə ifadə olundu.
Bu baxımdan enerji sektoru forumun investisiya gündəliyində xüsusi yer tutdu. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanması ölkənin bərpaolunan enerji potensialının beynəlxalq investorlar üçün yaratdığı imkanları bir daha gündəmə gətirildi.Regional enerji bağlantıları və "yaşıl keçid"lə bağlı panel müzakirələrində isə bərpaolunan enerjiyə investisiyaların artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın regional enerji bağlantılarındakı rolu diqqət mərkəzində saxlanıldı.
Əczaçılıq sahəsində də konkret əməkdaşlıq istiqaməti formalaşdı. Slovakiyanın "Saneca Pharmaceuticals" şirkəti ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalına dair anlaşma memorandumunun imzalanması bu sektorun da yeni investisiya imkanları sırasında yer aldığını göstərdi. Bununla yanaşı, su sayğaclarının istehsalı imkanlarının araşdırılması üzrə SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BƏƏ-nin "Esyasoft Technologies" şirkəti arasında üçtərəfli anlaşma imzalandı.
Beləliklə, forum çərçivəsində ortaya çıxan layihələr Azərbaycanın investisiya gündəliyinin yalnız enerji və ənənəvi sənaye ilə məhdudlaşmadığını göstərdi. "Yaşıl enerji", yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, aqrar istehsal, əczaçılıq və su təsərrüfatı kimi sahələrin eyni investisiya platformasında bir araya gəlməsi iqtisadiyyatın yeni inkişaf istiqamətlərinin daha geniş çərçivədə formalaşdığını nümayiş etdirdi.
Forumun investisiya gündəliyində əsas xətlərdən biri də kapitalın yalnız maliyyə resursu kimi deyil, yeni texnologiya, innovasiya və təcrübə gətirən tərəfdaşlıq vasitəsi kimi qiymətləndirilməsi idi. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bu yanaşmanı belə ifadə edib: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda, Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk."
Qeyd edək ki, bunlar forumda müzakirə olunan layihələrin istiqamətlərində də öz əksini tapdı. Enerjidən rəqəmsal texnologiyalara, sənayedən kənd təsərrüfatına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi investisiya siyasətinin daha geniş iqtisadi hədəflərlə əlaqələndirildiyini göstərdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 198   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira

27 sentyabr
.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda "yaşıl enerji" artıq dövlətlərin iqtisadi və geosiyasi strategiyalarının əsas sütunlarından birinə çevrilib. Son illərdə Azərbaycan da neft-qaz ixracatçısı imicindən kənara çıxaraq özünü bərpa olunan enerji istehsalçısı və gələcəkd

28 sentyabr
.

Azərbaycan investisiyalarının yeni mərhələsi

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara uyğun qurulmasına, iqtisadi müstəqilliyin tam təmin edilməsinə xidmət edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxal

28 sentyabr
.

İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 sentyabr
.

27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO+YENİLƏNİB

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətil

27 sentyabr
.

Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələ

28 sentyabr
.

Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar

28 sentyabr
.

Meloni İlham Əliyevə təşəkkür edib

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib. "Report"un xəbərinə görə, bu barədə İtaliyanın Baş nazir

28 sentyabr