Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydıAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.

Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:

"27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi.

Bu tarixi nəticənin qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və vətən qarşısında nümayiş etdirdiyi yüksək peşəkarlığı mühüm rol oynadı.

27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi şəhidlərimizin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün Vətən uğrunda həyatını qurban vermiş hər bir şəhidimizin fədakarlığı, eləcə də müharibə iştirakçılarının və qazilərimizin göstərdiyi şücaət bir daha ehtiramla yad edilir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, münaqişənin humanitar nəticələrinin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının təmini və eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları dəyərlərin - müstəqillik, ərazi bütövlüyü, suverenlik və milli həmrəyliyin qorunması, habelə regionda dayanıqlı sülh və təhlükəsizliyin möhkəmləndirilməsidir. Bu baxımdan, Vətən müharibəsi qəhrəmanlarının müqəddəs xatirəsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi mühüm tarixi və mənəvi irs olaraq daim yaşayacaqdır.

27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda etmiş müharibə iştirakçılarına cansağlığı arzulayırıq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 179   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın iqtisadi potensialı artmaqdadır

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind

28 sentyabr
.

Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forum

Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlı zəmin yaradır

28 sentyabr
.

İlham Əliyev: "Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq"

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib:. "İlk növbədə, bərpaolunan enerjidir

26 sentyabr
.

Meloni İlham Əliyevə təşəkkür edib

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib. "Report"un xəbərinə görə, bu barədə İtaliyanın Baş nazir

28 sentyabr
.

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır

27 sentyabr
.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa

28 sentyabr
.

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsa

26 sentyabr
.

İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan alüminiumu"

28 sentyabr
.

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira

27 sentyabr