"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"
İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi
Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifaq toxumu səpilməyə çalışılır.
Bunu BJJ ( Braziliya Ciu-Citsu ) Azerbaycanın Prezidenti Aqil Acalov deyib.
"Bu, bəzi maraqlı qüvvələr tərəfindən xüsusi şəkildə tirajlanaraq Azərbaycanı ittiham etmək, ölkənin xarici siyasət kursunu şübhə altına almaq və Azərbaycan-Türkiyə münasibətlərində müəyyən ziddiyyətlər yaratmaq cəhdidir" - o, bildirib.
A.Acalov qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız iki dövlət arasında mövcud olan diplomatik əlaqələrlə məhdudlaşmır. Bu dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri təkcə iki dövlətin siyasi əlaqələri deyil, eyni zamanda, iki xalqın əsrlərboyu formalaşmış ortaq dəyərlərinin, tarixi yaddaşının və mənəvi bağlılığının ifadəsidir.
"Biz eyni millətik, dinimiz, dilimiz, ortaq mədəniyyətimiz var. Bu münasibətlər ‘bir millət, iki dövlət’ anlayışının da fövqündə strateji qardaşlıq və həmrəylik təməlinə malikdir.
Bu təməl elə yaranıb ki, onu dağıtmaq mümkün deyil. Bu gün media və sosial şəbəkələrdə hər kəs ifadə azadlığı hüququna malikdir, lakin elə həssas məsələlər var ki, bu məsuliyyət tələb edir. Qardaşlığımıza xələl gətirə biləcək nüanslar üzərindən manipulyasiya edilməməlidir, buna yol verməməliyik.
İki dövlət, bir millət anlayışımızı hədəf alan bu cür manipulyasiyalara qarşı hər zaman ayıq-sayıq olmalıyıq".
A.Acalov onu da vurğulayıb ki, Azərbaycanın İsrail-Fələstin və İsrail-Türkiyə münasibətlərinə dair mövqeyi emosional deyil, dövlətin milli maraqlarına və uzunmüddətli strateji prioritetlərinə əsaslanan xarici siyasət xəttidir. Azərbaycanın bu qarşıdurmalada konkret dövlət, milli maraqlarına uyğun formalaşan düzgün, konkret mövqeyi mövcuddur və bu mövqe hər hansı başqa bir siyasi qüvvələrin gözləntisi, ictimai emosiyası və ya sosial şəbəkələrdə formalaşdırılan təzyiq əsasında dəyişdirilə bilməz. Azərbaycan beynəlxalq birliyin suveren aktoru kimi konstruktiv əsaslarla həyata keçirdiyi xarici siyasətində daim milli maraqlardan, ölkələr və xalqlar arasında birliyin əldə olunmasına öz töhfəsini verməyə çalışır.
Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatların tribunalarından davamlı olaraq regional və qlobal əməkdaşlığa çağırışlar edir. Azərbaycan Yaxın Şərq coğrafiyası ilə bağlı siyasətində də sülhün tərəfdarıdır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 204 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın iqtisadi potensialı artmaqdadır
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind
28 sentyabrMühüm əhəmiyyət kəsb edən beynəlxalq forum
Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlı zəmin yaradır
28 sentyabrİlham Əliyev: "Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq"
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib:. "İlk növbədə, bərpaolunan enerjidir
26 sentyabrMeloni İlham Əliyevə təşəkkür edib
İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib. "Report"un xəbərinə görə, bu barədə İtaliyanın Baş nazir
28 sentyabrMehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır
27 sentyabr"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"
İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa
28 sentyabrİlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan alüminiumu"
28 sentyabrAzərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda deyilir:. "27 sentyabr - Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtira
27 sentyabr