Azərbaycan investorlara etibarlı tərəfdaş və perspektivli bazar kimi təqdim olunur

Azərbaycan investorlara etibarlı tərəfdaş və perspektivli bazar kimi təqdim olunurII Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini şərh etdi. Dövlət başçısının fikrincə, bu gün gələcək planlarından danışmaq imkanı yalnız illər boyu qurulan sabit iqtisadiyyatın, müstəqil maliyyə sisteminin və uğurlu islahatların nəticəsidir. Son iyirmi ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb olunub, bu məbləğin təxminən yarısını birbaşa xarici sərmayələr təşkil edir. Prezident bunu aparıcı beynəlxalq şirkətlərin ölkəni etibarlı tərəfdaş kimi qəbul etməsinin göstəricisi hesab edir və əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayır.
Çıxışın əsas ideyalarından biri uzunmüddətli və davamlı artımın təmin olunması üçün neft-qaz sektorundan kənar potensialın işə salınmasıdır. Bu baxımdan ilk prioritet kimi bərpaolunan enerji göstərildi. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat gücündə enerji potensialı mövcuddur, quruda isə günəş və külək elektrik stansiyaları artıq işləyir. Məqsəd daxili elektrik istehsalında təbii qazdan istifadəni minimuma endirmək və azad olunan qaz ehtiyatlarını ixrac istiqamətinə yönəltməkdir. Prezidentin sözlərinə görə, növbəti beş ildə ölkənin bütün bölgələrində bərpaolunan enerji mənbələri fəaliyyət göstərəcək. Bu istiqamətdə söhbət yalnız istehsaldan deyil, ötürücü xətlərin və enerji saxlanc sistemlərinin inkişafından da gedir. Mövcud xətlər artan tələbatı qarşılamaq üçün yetərli olmadığından hazırda yeni xətlər çəkilir, köhnələri genişləndirilir.
Bu imkanlar rəqəmsal sahə ilə də birbaşa əlaqələndirilir. Əlavə elektrik enerjisi süni intellekt data mərkəzləri üçün daxili tələbatın ödənilməsinə və eyni zamanda ixracına imkan verir. Dövlət başçısı bildirdi ki, dünyanın aparıcı şirkətləri ilə bu mövzuda danışıqlar aktiv mərhələdədir. Regional layihələrdən Xəzərin dibi ilə Özbəkistan və Qazaxıstanı Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabeli xüsusi qeyd edildi. Bundan başqa, Azərbaycandan Gürcüstan vasitəsilə Rumıniyaya uzanacaq, gücü 4 giqavat olan Qara dəniz kabeli layihəsi texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdədir. Bu layihələr yüksək gəlirli Avropa bazarlarına çıxışı təmin etməklə yanaşı, enerji təhlükəsizliyini və qarşılıqlı asılılığı gücləndirəcək. Prezident həmçinin Azərbaycanın artıq 250 meqavatlıq ehtiyata malik olduğunu, lakin bunun yalnız başlanğıc olduğunu qeyd etdi.
İkinci mühüm hərəkətverici qüvvə kimi logistika, nəqliyyat və əlaqələndirmə göstərildi. Dənizə birbaşa çıxışı olmayan ölkə üçün tranzit mərkəzinə çevrilmək qonşularla sabit münasibətlər olmadan mümkün deyil. Buna görə də Azərbaycan həm fiziki infrastrukturun qurulmasına, həm də investorlar üçün başa düşülən inzibati mühitin formalaşdırılmasına uzun müddət diqqət yetirib. Dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil yollarına ciddi vəsait qoyulub. Dəmir yollarının 60 faizi elektrikləşdirilib, ölkənin bütün qonşularla və daxili əlaqələr üzrə dəmir yolu bağlantısı mövcuddur. Dövlət başçısına görə, ənənəvi təchizat zəncirlərinin risklərlə üzləşdiyi indiki geosiyasi şəraitdə bu hazırlıq əlavə üstünlük yaradır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində fəal iştirak edən az sayda ölkədən biridir. Tranzit yüklərin həcmi sürətlə artır və bu il 16 milyon tona çatacaq. 2030-cu ilədək hər iki istiqamətdə daşımaların 25 milyon tona, imkan olarsa daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Prezident bildirdi ki, yalnız körpü, yanalma qurğusu və gəmi tikmək kifayət deyil, rəqəmsallaşma və gömrük idarəçiliyində müasir tendensiyalara uyğunlaşmayan ölkə rəqabətdə geri qalır. Azərbaycanın 2025-ci ilin noyabrından Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü olması da coğrafi baxımdan Qafqazda yerləşən ölkənin siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya məkanına inteqrasiyasının göstəricisi kimi qiymətləndirildi.
Investorlar üçün ən əsas amillərdən biri kimi siyasi və iqtisadi sabitlik göstərildi. Prezident 1990-cı illərin əvvəllərini xatırladaraq bildirdi ki, o dövrdə ölkə işğal, qaçqın və məcburi köçkün böhranı, vətəndaş qarşıdurması və iqtisadi xaosla üz-üzə idi. Bu gün isə maliyyə sistemi güclüdür. Dövlət borcu ÜDM-in təxminən 20 faizini təşkil edir, xarici borc isə cəmi 5,6 faizdir və valyuta ehtiyatları onu təxminən 20 dəfə üstələyir. Manatın dollara qarşı məzənnəsi 2017-ci ilin aprelindən dəyişməyib və güclü ticarət balansı bunun davam edəcəyinə əsas verir.
Çıxışın sonunda insan kapitalına xüsusi yer ayrıldı. Peşəkar və ixtisaslı kadrlar olmadan qoyulan məqsədlərə nail olmaq mümkün deyil. Bu baxımdan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhsil sahəsində görülən işlər və 2003-cü ildə qəbul edilən gənclərin xaricdə təhsili üzrə dövlət proqramı vurğulandı. Minlərlə gənc xaricdə təhsil alıb və onların böyük əksəriyyəti geri dönüb. Neft-qaz sənayesi bu baxımdan uğurlu nümunə kimi göstərildi: 1994-cü ildə şirkətlərdə əcnəbilərin payı 90 faizdən çox olduğu halda, indi təxminən 5 faizdir. Prezidentə görə, iqtisadiyyatın 70 faizindən çoxunu qeyri-neft sektoru təşkil etsə də, ixracın hələ də 90 faizdən çoxu neft və qazın payına düşür, bu göstərici yaxşılaşdırılmalıdır.
Bütövlükdə çıxış Azərbaycanın özünü təkcə enerji ixracatçısı kimi deyil, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və qabaqcıl kadr potensialını birləşdirən regional mərkəz kimi təqdim etdiyini göstərir. Dövlət başçısı investorlara ölkəni yerində görməyi və qərarı öz təəssüratları əsasında verməyi tövsiyə etdi, tərəfdaşlardan isə uzunmüddətli investor kimi gəlmələri üçün nələrin edilməli olduğunu bildirmələrini xahiş etdi.

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 298   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021