Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladıAzərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə "AzB.az" idman portalı istifadəyə verilib.

Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. "AzB.az" saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq.

Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq.

Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir.

"AzB.az" redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat: "Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. "AzB.az" olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir".

İnstaqram: https://www.instagram.com/azb.aze

Teleqram: https://t.me/azbasketbol

Feysbuk: https://www.facebook.com/share/1FMWqs1RbT/

TikTok: https://www.tiktok.com/@azb.aze

Yutub: https://youtube.com/@azbasketbol


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 175   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədən istifadə edən "Kəpəz" yoxlama oyunu keçirib. xəbər verir ki, Gəncə təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2

2 oktyabr
.

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir

Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də

1 oktyabr
.

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ

4 oktyabr
.

Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini

5 oktyabr
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26 sentyabr
.

Millətlər Liqası: Türkiyə İtaliya ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasında qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, A, B və C qruplarında ümumilikdə səkkiz matç baş tutacaq. A Liqasının 1-ci qrupunda Türkiyə millisi İtaliya seçməsini qəbul edəcək. Fransa isə Belçikanın qonağı olacaq. UEFA Millətlə

28 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının ikinci günüdə Azərbaycan millisinin daha 3 bokçusu mərhələ adlayıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Alsu Yafarova (54 kq) 1/8 finalda Hanna Belyankova (Belarus) ilə döyüşüb. Boksçumuz ilk raundda rəqibinə ta

5 oktyabr
.

"Barselona" Holannın keçidi üçün 151 milyon avro təklif etməyi planlaşdırır

İspaniya təmsilçisi "Barselona" İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın mümkün transferi üçün hazırlıqlara başlayıb. "İndykaila News"a istinadən xəbər verir ki, hazırkı ölkə çempionu norveçli hücumçu üçün növbəti yay 151 milyon avro təklif etməy

30 sentyabr
.

Dünən məğlub oldu, bu gün qovuldu

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb. Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imz

26 sentyabr