"Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmuşdur" - PƏRVANƏ VƏLİYEVA

"Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmuşdur" - PƏRVANƏ VƏLİYEVAAzərbaycan xalqının yaddaşında böyük tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyan günlərdən biri kimi yazılan 4 oktyabr 2020-ci il tarixi Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanmasını simvolizə edir.

Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, işğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalisi doğma yurdlarından didərgin salınmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdur. Cəbrayıl sakinləri uzun illər ərzində doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamışlar. İşğal dövründə Cəbrayılın şəhər və kəndlərində yaşayış infrastrukturu, sosial obyektlər və mədəni irs nümunələri böyük dağıntılara məruz qalmışdır

Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmuşdur. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Cəbrayıl həmin müharibə zamanı işğaldan azad edilən ilk şəhər olmuşdur. Bu baxımdan Cəbrayılın azadlığı Azərbaycan Ordusunun Zəfər yürüşündə xüsusi yer tutur.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirərək bir sıra yaşayış məntəqələrini işğaldan azad etmişdir. Cəbrayıl istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində əvvəlcə rayonun kəndləri azad edilmiş, 4 oktyabrda isə Cəbrayıl şəhərinin azad olunması təmin edilmişdir. Bu hadisə Azərbaycan Ordusunun hərbi imkanlarının, şəxsi heyətin döyüş ruhunun və peşəkarlığının mühüm göstəricilərindən biri kimi tarixə düşmüşdür.

Cəbrayılın azad edilməsinin tarixi əhəmiyyətini artıran mühüm hadisələrdən biri də Xudafərin körpüsünün yerləşdiyi ərazinin azad olunmasıdır. Xudafərin ərazisinin azad olunması və burada Azərbaycan bayrağının qaldırılması Zəfər tarixinin mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur.

Xudafərin körpüsü Azərbaycan xalqının çoxəsrlik tarixinin, mədəni irsinin və bölgənin tarixi-mədəni coğrafiyasının mühüm nümunələrindəndir. Buna görə Cəbrayılın azadlığı təkcə hərbi hadisə deyil, həm də tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması təsis edilmişdir.
Cəbrayıl Şəhəri Gününün təsis edilməsi həm də 4 oktyabr 2020-ci il tarixində baş vermiş tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından mühüm addımdır.
Cəbrayılın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun bərpası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində Cəbrayıl şəhərində də yaşayış binaları, sosial obyektlər, yollar və digər infrastruktur layihələri həyata keçirilir. Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoymuş və sakinlərin doğma yurda qayıdışı təmin edilmişdir. Bu proses yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Məqsəd Cəbrayılın tarixi simasının qorunması, müasir şəhər mühitinin formalaşdırılması, sosial və iqtisadi imkanların genişləndirilməsi və burada dayanıqlı yaşayış üçün şərait yaradılmasıdır.

Bu gün Cəbrayılın adı həm Zəfər, həm də Böyük Qayıdış anlayışları ilə sıx bağlıdır. 2025-ci ildə Cəbrayıl şəhərində Şəhər Günü artıq sakinlərin doğma yurdda iştirakı ilə qeyd edilmiş, tədbirlər çərçivəsində şəhərin qədim və müasir tarixini əks etdirən sərgilər, mədəni proqramlar və müxtəlif tədbirlər keçirilmişdir. Bu cür tədbirlər tarixi yaddaşın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, Cəbrayılın mədəni irsinin tanıdılmasına və doğma yurda qayıdışın ictimai əhəmiyyətinin vurğulanmasına xidmət edir.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının uzun illər ərzində doğma torpaqlara qayıdış arzusunun, Vətən müharibəsində əldə olunmuş Zəfərin və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın başlanmasının rəmzlərindən biridir.

Cəbrayılın tarixi gənc nəslə çatdırılmalı, onun mədəni irsi qorunmalı və şəhərin müasir inkişafı ilə tarixi kimliyi arasında bağlılıq təmin edilməlidir. Bu baxımdan Cəbrayıl Şəhəri Günü həm keçmişə ehtiram, həm də gələcəyə baxış xarakteri daşıyır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 232   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi

2 oktyabr
.

Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

2 oktyabr
.

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir

Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti çəkir. Yeni Azərbaycan Partiyasını

3 oktyabr
.

"Cəbrayıl şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri olmuşdur" - PƏRVANƏ VƏLİYEVA

Azərbaycan xalqının yaddaşında böyük tarixi, siyasi və mənəvi əhəmiyyət daşıyan günlərdən biri kimi yazılan 4 oktyabr 2020-ci il tarixi Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanmasın

3 oktyabr
.

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması əhalinin gəlirlərinin yüksəldilməsinə yönələn sosial siyasətin 2027-ci ildə də davam etdiriləcəyini göstərir. Əvvəlki islahatları

3 oktyabr
.

Prezident: "Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. "Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün

2 oktyabr
.

Prezident: "Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir"

"Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir". AZƏRTAC-a istinadən xəbə

2 oktyabr
.

Prezident: "Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin"

"Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizi

2 oktyabr
.

Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir

ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqlarını artırdığı barədə yeni məlumatlar yayılıb. Prezident Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən gücləndirilə biləcəyini bildirib. Bunun ardınca Axios ABŞ-ın Səudiyyə Ərəbistan

2 oktyabr