YAP-ın VIII Qurultayı tarixi mərhələdə keçirilən mühüm siyasi hadisədir

YAP-ın VIII Qurultayı tarixi mərhələdə keçirilən mühüm siyasi hadisədirYeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bu qurultay, eyni zamanda, partiyanın ötən dövrdə keçdiyi tarixi-siyasi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və qarşıdakı mərhələdə qarşıya qoyulan vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər də göstərdi ki, YAP-ın fəaliyyəti yalnız ölkənin siyasi həyatında deyil, Azərbaycanın regional və beynəlxalq mövqeyinin möhkəmlənməsində də mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilir. Əvvəlki qurultaydan fərqli olaraq, bu dəfə Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi qarşısında dayanır. Bu məqam qurultayın tarixi mahiyyətini daha da artırır. Çünki Azərbaycanın son illərdə keçdiyi yol dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biridir.

Dövlət başçısının çıxışında YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyi xüsusi vurğulandı. Partiyanın 1992-ci ildə olduqca mürəkkəb ictimai-siyasi şəraitdə yaradılması həmin dövrdə cəmiyyətdə formalaşmış siyasi tələbin ifadəsi idi. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən mütərəqqi və dövlətçilik düşüncəli insanların fəaliyyəti Azərbaycanın sonrakı inkişaf mərhələsinin siyasi əsaslarının formalaşmasına ciddi təsir göstərdi. Bu baxımdan YAP-ın təsis qurultayını Azərbaycanın sonrakı qələbələrinə aparan siyasi proseslərin başlanğıc nöqtələrindən biri kimi səciyyələndirmək mümkündür.

Ulu Öndərin siyasi irsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, dövlətçilik, milli birlik və iqtisadi müstəqillik bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tərkib hissələri kimi nəzərdən keçirilirdi. Prezident İlham Əliyevin də qurultaydakı çıxışında bildirdiyi kimi, illər ərzində taktiki və hətta müəyyən strateji məqsədlər dəyişə bilər, lakin siyasi xəttin əsasını təşkil edən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi prinsipləri dəyişməz olaraq qalır.
Bu siyasətin nəticələri bu gün Azərbaycanın siyasi, iqtisadi və hərbi gücündə özünü aydın şəkildə göstərir. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Prezidentin vurğuladığı kimi, bu qələbələr Azərbaycan xalqının vahid mövqeyi, dövlətin siyasi iradəsi və Ordumuzun gücü ilə əldə olunub.

Bu gün həmin tarixi qələbənin nəticələri artıq yalnız hərbi-siyasi müstəvidə deyil, sosial-iqtisadi və humanitar müstəvidə də özünü göstərir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyev qurultayda bildirdi ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır. və təhsil alır, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb və Böyük Qayıdış bundan sonrakı illərdə daha da sürətlənəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesi yalnız şəhər və yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının yenidən dövriyyəyə cəlb edilməsi, torpaqların iqtisadi fəaliyyətə qaytarılması, müasir aqrar infrastrukturların yaradılması və kənd təsərrüfatı istehsalının genişləndirilməsi Azərbaycanın qarşıdakı inkişaf gündəliyində mühüm yer tutur. Bu ərazilərin iqtisadi potensialının səmərəli şəkildə reallaşdırılması həm ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionların dayanıqlı inkişafına töhfə verəcək.

Qurultayda səslənən digər mühüm fikir Azərbaycanın gələcək təhlükəsizliyi ilə bağlıdır. Prezident İlham Əliyev bildirdi ki, müharibə və qarşıdurmaların genişləndiyi indiki beynəlxalq şəraitdə hərbi potensialın daha da gücləndirilməsi əsas vəzifələrdən biridir. Azərbaycan sülhə nail olmaqla yanaşı, öz təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə imkanlarına malik olmalıdır. Bu, dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərin təhlükəsiz şəraitdə yaşaması baxımından strateji əhəmiyyət daşıyır.
Prezidentin çıxışında ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin, süni intellektin və rəqəmsal kommunikasiya imkanlarının sürətlə genişlənməsi informasiya məkanında yeni çağırışlar formalaşdırır. Belə şəraitdə cəmiyyətin maariflənməsi, gənclərin sağlam informasiya mühitində yetişməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdəndir. Dövlət başçısının fikrincə, bu istiqamətdə təhsil və vətənpərvərlik xüsusi əhəmiyyət daşıyır.

İqtisadi müstəqillik də bu siyasətin mühüm istiqamətlərindəndir. Prezidentin çıxışında qeyd olunduğu kimi, son iki ildə keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumlarında imzalanmış investisiya müqavilələrinin ümumi həcmi 20 milyard dolları ötüb. Bu göstərici Azərbaycanın iqtisadiyyatına beynəlxalq investorların marağının artmasını nümayiş etdirən mühüm faktorlardan biridir. Eyni zamanda, valyuta ehtiyatlarının 90 milyard dollara çatması və xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz təşkil etməsi ölkənin maliyyə dayanıqlılığı baxımından diqqətçəkən göstəricilərdir.

Azərbaycanın enerji siyasəti də yeni geosiyasi və iqtisadi reallıqlar fonunda xüsusi əhəmiyyət qazanır. Ölkəmizin neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsal edən və ixrac edən ölkə kimi mövqeyi onun enerji təhlükəsizliyində rolunu artırır. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələri, xüsusilə Orta Dəhliz və Şimal-Cənub dəhlizi Azərbaycanın regional bağlantı imkanlarını genişləndirir. Prezident İlham Əliyev bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözlənildiyini və orta müddətdə bu göstəricinin 30 milyon tona çatdırılması hədəfinin qarşıya qoyulduğunu bildirib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın qarşısında duran vəzifələr artıq yalnız mövcud nailiyyətlərin qorunması ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni texnologiyaların tətbiqi, insan kapitalının gücləndirilməsi, kənd təsərrüfatının müasir əsaslarla inkişaf etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tam reallaşdırılması və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi əsas istiqamətlər sırasında olacaq.

YAP-ın VIII Qurultayının mühüm xüsusiyyətlərindən biri də məhz budur: qurultay ötən dövrün siyasi yekunlarını müəyyənləşdirməklə yanaşı, qarşıdakı illərin strateji gündəliyinə dair aydın mesajlar ortaya qoydu. Partiyanın üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və cəmiyyətin qarşısında duran yeni vəzifələrin həllinə öz töhfələrini verməlidirlər. Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətçilik ideyalarının, milli həmrəyliyin və Azərbaycanın davamlı inkişafının təmin olunmasında fəal rol oynayacaq. VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər ölkəmizin yeni tarixi mərhələdə qarşısında duran vəzifələrin daha sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək. Bu baxımdan qurultay həm YAP-ın keçdiyi yolun qiymətləndirilməsi, həm də gələcəyə baxışın ifadəsi kimi mühüm siyasi əhəmiyyət daşıyır.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 575   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021