Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirirPrezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir.

Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə deyil. Xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı ölkəmizin çoxşaxəli enerji və sənaye imkanlarına malik olduğunu göstərir. Yaradılmış infrastruktur və genişlənən ixrac coğrafiyası Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunu da gücləndirir.

Eyni zamanda, günəş, külək və digər bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın gələcəyin enerji modelinə hazırlaşdığını göstərir. Ənənəvi enerji resursları ilə yaşıl enerjinin paralel inkişafı uzunmüddətli və dayanıqlı enerji siyasətinin mühüm istiqamətidir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir: xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr ki, bunların da istehsalı üçün əsas mənbə enerjidir".

Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. "Çünki enerji təhlükəsizliyi - bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq", - deyə dövlətimizin başçısı əlavə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın enerji potensialı yalnız iqtisadi gəlir mənbəyi deyil, ölkənin strateji imkanlarını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirən mühüm amilə çevrilib. Bu gün Azərbaycan qlobal enerji xəritəsində öz mövqeyini təbii sərvətləri ilə yanaşı, yaratdığı infrastruktur və etibarlı tərəfdaş kimi qazandığı mövqe ilə də möhkəmləndirir.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 193   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uğurlu nəticələrlə yadda qalan qurultay

"Dünya siyasətində iqtisadi maraqlarla təhlükəsizlik hesablarının bir-birinə bağlandığı mərhələdə Azərbaycanın strateji çəkisi artır. Avrasiyanın kəsişmə nöqtəsində formalaşan güc balansı təkcə karbohidrogen resurslarının nəqli ilə məhdudlaşmır, bilavasitə tərəfdaş dövlətlərin milli təhlükəsizli

3 oktyabr
.

Prezident İlham Əliyev: "Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi"

"Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib ki, Heydər Əliyevin yenidən hakimiyyət

2 oktyabr
.

YAP-ın VIII Qurultayı tarixi mərhələdə keçirilən mühüm siyasi hadisədir

Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Bu qurultay, eyni zamanda, partiyanın ötən dövrdə keçdiyi tarixi-siyasi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və qarşıdakı mərhələdə qarşıya qoyulan vəzifələri müəyyənləşdirmək baxımında

3 oktyabr
.

Prezident almaniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

3 oktyabr
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

3 oktyabr
.

İlham Əliyev: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın"

"Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Azərbayca

2 oktyabr
.

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsin

3 oktyabr
.

İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur"

"Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçımız qeyd edi

2 oktyabr
.

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva

2 oktyabr