YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tuturÖtən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturdu və fəaliyyətləri həmin maraqların çərçivəsində müəyyənləşirdi. Yeni Azərbaycan Partiyasının yaranması isə xalqın siyasi və sosial tələbindən doğmuşdu. Müstəqil Azərbaycan üçün yeni nəfəs olan bu siyasi təsisat xalqın iradəsini, dövlətçilik düşüncəsini və gələcəyə olan inamını özündə birləşdirirdi. Yeni Azərbaycan Partiyasını xalq yaratmışdı. Məhz buna görə Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası oldu.
Qurtuluş və qalibiyyət partiyası kimi Azərbaycan siyasi tarixində özünəməxsus iz qoyan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının əziz övladı, Ümummilli lider Heydər Əliyevin liderliyi ilə xalqın tribunası kimi milli dövlətçilik ideyalarını siyasi müstəviyə daşıyaraq böyük siyasi güc mərkəzi kimi xalqımıza xidmət etdi. Siyasi yolu Heydər Əliyevin adı ilə başlayan Yeni Azərbaycan Partiyası zaman keçdikcə dövlətçilik ənənələrinin möhkəmlənməsində, milli iradənin siyasi səhnədə ifadəsində mühüm rol oynadı. Bu siyasi yol Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlarla davam edərək Azərbaycanın dövlət gücünün və siyasi sabitliyinin daha da möhkəmlənməsinə xidmət etdi. Qurtuluşdan Zəfərə qədər uzanan epoxal yol Yeni Azərbaycan Partiyasının siyasi tarixində xalqın iradəsinə söykənən, milli həmrəylik və dövlətçilik əzmi ilə səciyyələnən böyük bir salnamə yaratdı. Regionun ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizdə keçirilməsi tarixi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda qalib partiyanın lideri və qalib ölkənin Prezidenti kimi İlham Əliyevin çıxışı unudulmaz və qürurverici anlar yaşatdı. Uzun illər davam edən mübarizənin Qurtuluşdan Zəfərə uzanan yolunun məhz belə bir qurultayda ifadə olunması dövlətçilik tariximizin yeni səhifəsi kimi yaddaşlara həkk olundu.
Qurultayda çıxış edən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki roluna, əldə olunan uğurlara və qarşıda duran vəzifələrə geniş şəkildə toxunaraq partiyanın yaranmasını xalqın dövlətçiliyin qorunmasına olan tələbinin siyasi ifadəsi kimi qiymətləndirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın ağır böhrandan çıxarılması, sabitliyin təmin olunması, iqtisadi əsasların yaradılması və dövlətçilik strategiyasının müəyyənləşdirilməsi ilə əlaqələndirərək bu siyasi xəttin davamı olaraq ölkənin iqtisadi və hərbi imkanlarının gücləndiyini, beynəlxalq mövqelərinin möhkəmləndiyini diqqətə çatdırdı. Prezident tarixi qələbələrimizin hərbi və diplomatik hazırlığın nəticəsi olduğunu bildirərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının regionda yeni reallıqlar yaratdığını qeyd etdi.
Qarşıdakı dövrə dair məsələlər sırasında hərbi gücün artırılması, təhlükəsizliyin qorunması, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi əsas istiqamətlər kimi qarşıya qoyuldu. Dünyada artan münaqişələr fonunda müdafiə imkanlarının gücləndirilməsinin dövlət təhlükəsizliyinin əsas şərtlərindən biri olduğunu diqqətə çatdıran ölkəmizin başçısı Azərbaycanın müstəqil və çoxşaxəli siyasətini davam etdirəcəyini bildirdi. Bununla yanaşı, Prezident Strateji tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəallığın artırılması və milli maraqlar əsasında fəaliyyətlə bağlı dövlət siyasətinin əsas istiqamətlərinə dair fikirlərini çatdırdı.
Ölkə başçısının çıxışı YAP-ın dövlətçilik tarixindəki rolundan başlayaraq Azərbaycanın zəfərdən sonrakı dövrdə qarşısında dayanan vəzifələrə qədər geniş siyasi xətti əhatə edərək önəmli bəyanatlarla yadda qaldı. Yeni Azərbaycan Partiyasının qurultayında nizamnaməyə təklif olunan dəyişikliklər,
Təftiş Komissiyasının və İdarə Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi partiyanın müasir çağırışlara uyğun fəaliyyətinin və siyasi, ictimai və sosial reallıqları nəzərə alan yeni fəaliyyət modelinin formalaşdırılmasının nümunəsi oldu.
Beləliklə, YAP-ın VIII Qurultayı dövlətçilik siyasətinin qorunması, milli iradənin gücləndirilməsi, təhlükəsizliyin təmin olunması və müstəqil inkişaf yolunun davam etdirilməsi istiqamətində partiyanın qarşısında dayanan vəzifələri bir daha müəyyənləşdirdi. Çünki YAP dövlətçilik ideyalarının siyasi ifadəsi kimi ölkəmizin gələcək inkişafı qarşısında duran məqsədlərin həyata keçirilməsinə xidmət edən siyasi təsisat olaraq xalqın taleyində silinməz iz buraxıb. Dövlətçilik yolunda qarşıya qoyulan vəzifələrin reallaşdırılmasında fəal rol oynayan YAP qarşıdakı dövrdə də milli iradəmizin simvolu kimi Azərbaycanın uğurları uğrunda fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək. Bu yol dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin daha da möhkəmləndirilməsi ilə davam edəcək. Partiyanın siyasi xətti bundan sonra da ölkəmizin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə yönələcək.
YAP-ın VIII Qurultayı bu siyasi xəttin davamlılığını bir daha nümayiş etdirdi. Çünki Yeni Azərbaycan Partiyası xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı, hər birimizin doğma ocağıdır. Bu ocağın müqəddəsliyi böyük Heydər Əliyev sevgisi ilə başlayır və xalqın ürəyində yaşatdığı dəyərlərlə varlığını qoruyur. YAP hər birimizin sevgi ünvanı, doğmalıq hissimizin yaşadığı nurdur. Bu nurda Heydər Əliyev adı, onun dövlətçilik irsi və xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan sevgisi yaşayır.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 349   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021