Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı
"Azərbaycanın müstəqil dövlətçiliyinin iqtisadi, siyasi, hüquqi və diplomatik müstəvidə əsl qurulma prosesi məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Müstəqilliyin elan olunmasından Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət quruculuğu baxımından bir boşluq var idi. Bu, bol-bol şüarçılıqdan ibarət olan və real iş məzmunu ilə doldurula bilməyən bir mərhələ idi. Əgər ideya və mülahizələrin bol olduğu bu dövr bir qədər də uzansaydı, Azərbaycan dövlətçiliyinin qurulması şansları tamamilə itirilə bilərdi".
Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
O, bildirib ki, Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanda dövlətçiliyin real və praktiki məzmunda qurulması prosesi başladı:
"Müstəqil dövlətçiliyin qurulmasını məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən başlatmaq daha doğru yanaşmadır. Çünki Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqilliyini elan etdikdən sonra müstəqil dövlət olaraq nəyi və necə yaratmaq məsələsi hələ də qarşıda duran əsas sual idi və bu suala cavab tapmaq istiqamətində məzmunlu addımlar atılmırdı. Xalq müstəqil dövlətin qurulması istiqamətində çox ciddi işlərin görülməsini gözlədiyi halda, dövlət səviyyəsində bu addımlar atılmırdı. Buna görə də həmin prosesin bir qədər də davam etməsi xalqın xeyli dərəcədə ruhdan düşməsinə və müstəqil dövlət quruculuğunda iflasa uğramaq kimi bir vəziyyətə düşməsinə səbəb ola bilərdi".
Ekspert bildirib ki, məhz belə bir vaxtda Heydər Əliyev hakimiyyətə gəldi və prezident seçildi:
"Onun prezident seçilməsi xalqın öz gücünə inamını yavaş-yavaş bərpa etməyə başladı. Çünki onun hakimiyyətə gəlişini xalq istəyir və buna dəstək verirdi. Eyni zamanda, xalq dövlət quruculuğunun nədən ibarət olduğunu görməyə və hiss etməyə başladı. Dövlət quruculuğunun A-dan başlayaraq sonuncu hərfə qədər sistemli şəkildə müəyyən işlərin görülməsindən ibarət olduğu aydınlaşdı. Xalq gördü ki, ölkədə həm sabitliyin yaradılması, həm iqtisadiyyatın bərpası, həm Azərbaycanın xarici təcriddən çıxarılması, həm də dünya ilə əlaqələrin qurulması baxımından sistemli və ümidverici işlər görülməyə başlayıb. Xalqın əsas böyük inamı isə Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağı ilə bağlı idi. Bunun üçün xalq əmin oldu ki, ilk növbədə dövlət institutları və dövlətçilik sistemi tam şəkildə qurulmalıdır".
Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq təcriddən çıxması istiqamətində əhəmiyyətli addımlar atıldı, həmçinin xalqın dövlətçilik ətrafında birləşdirilməsi üçün mühüm işlər görüldü:
"Bütün bunlar sonrakı mərhələdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında çox möhkəm fundament rolunu oynadı".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA