Dostluq, qardaşlıq və qarşılıqlı dəstək

Dostluq, qardaşlıq və qarşılıqlı dəstəkOktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərindəki "Avaza" Kompleksinə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib.

Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.

Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.

Dövlətimizin başçısının bu mötəbər iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir. "Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır", - deyə dövlətimizin başçısı öz çıxışında vurğulayıb.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.

Prezident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".

Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".

MDB çərçivəsində Azərbaycan öz yanaşmasını praqmatik və balanslı siyasət əsasında formalaşdırır. Ölkənin bu platformada iştirakı regional proseslərə münasibət bildirmək, qarşılıqlı əlaqələrin davamlılığını təmin etmək və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. Hazırkı mərhələdə MDB müxtəlif istiqamətlər üzrə təmasların saxlanıldığı və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin müzakirə edildiyi formatlardan biri olaraq qalır. Azərbaycanın bu proseslərdə iştirakı isə ölkənin regional münasibətlər sistemində fəal mövqeyini nümayiş etdirir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 314   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunublar. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak

10 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü

"Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafı, qarşılıql

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

9 oktyabr
.

Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ

"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir". Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfərin həyata keçirildiyini vurğulaya

9 oktyabr
.

İranın Azərbaycan uşaqlarını "zəhərləməsi" iddiası: Uşaqların təhlükəsizliyi, ideoloji təsir və milli gələcəyimiz uğrunda mübarizə

"Azərbaycan uşaqlarının sağlamlığına, milli-mənəvi dəyərlərinə və dünyagörüşünə yönələn istənilən təhlükə təkcə ailələrin deyil, bütövlükdə dövlətin və cəmiyyətin təhlükəsizliyi məsələsidir. Uşaqlar ölkənin gələcəyidir. Onların fiziki sağlamlığı, psixoloji dayanıqlığı, milli kimliyi və müstəqi

11 oktyabr
.

İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

"Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilə

9 oktyabr
.

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. "Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zaman

8 oktyabr
.

Dostluq, qardaşlıq və qarşılıqlı dəstək

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərindəki "Avaza" Kompleksinə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib. Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrd

9 oktyabr
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birgə naha

10 oktyabr