İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub.
Sonxeber.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır.
9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərcləri 1,468 milyon manat (8,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 701 min manat (42,1 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə İran bankının aktivləri 114,281 milyon manat olub ki, bu da illik müqayisədə 5,8 % azdır. Bunun 2,793 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 25,4 % böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 15 % azalaraq 57,784 milyon manat, o cümlədən depozit portfeli 0,1 % artaraq 35,646 milyon manat, balans kapitalı isə 6 % artaraq 56,497 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın qiyməti ilə bağlı son xəbər
2026-cı il 7 oktyabr tarixində dünya birjalarında qızılın qiymətində kiçik enmə müşahidə olunub. "Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında spot qızılın bir unsiyasının qiyməti 0.3 faiz ucuzlaşaraq 4,150.23 dollar təşkil edib. Ölkəmizdə isə 1 unsiya qızılın qiyməti 7,007.74 mana
7 oktyabrAzərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Bu il sentyabrı
9 oktyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda kredit faizlərinin yüksək olması həm vətəndaşların, həm də biznes subyektlərinin maliyyə resurslarına çıxışını çətinləşdirən əsas məsələlərdən biridir. Bankların daha ucuz və uzunmüddətli maliyyə resurslarına çıxışının genişləndirilməsi kreditlərin maya dəyərinin azalmasına və faiz dərəcələrini
7 oktyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrİran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər
9 oktyabrQızılın son qiymətləri bəlli oldu
30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5
30 sentyabr