AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.

Bu barədə Sonxeber.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79 %, punktuallıq göstəricisi isə 81 % təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.

Bu ilin 9 ayında AZAL marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.

Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib "Uzum Bank" ilə əməkdaşlıq çərçivəsində "HUMO" və "UZCARD" kartları, həmçinin "Alipay" və "WeChat Pay" ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.

Sərnişinlərə "Stopover" xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin "Rental Car" avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.

Bu dövr AZAL üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət "Skytrax World Airline Awards 2026" çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb, "PAX International Readership Awards 2026" mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də "Great Place to Work®" sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.

AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 131   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən əsas amildir

"Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin tərəqqisini, dövlətin gələcək inkişaf perspektivlərini və milli dəyərlərin qorunmasını müəyyən edən mühüm amillərdən biridir. Sağlam, savadlı, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər və məsuliyyətli gəncliyin yetişdirilməsi yalnı

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, informasiya manipulyasiyası isə milli təhlükəsizliyə çağırışdır

Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin zahiri görünüşü ilə bağlı məsələ deyil. Bu, məktəb mühitində sosial bərabərliyin möhkəmləndirilməsi, uşaqlar arasında ayrı-seçkiliyin azaldılması, təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və vahid təhsil mədəniyyətinin formalaşdırılmas

13 oktyabr
.

Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi

Təhsil hər bir dövlətin milli təhlükəsizliyinin, gələcəyinin və cəmiyyətin mənəvi bütövlüyünün əsas dayaqlarından biridir. Məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik ruhunun, dövlətçilik düşüncəsinin və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm məkandır. Bu baxımda

12 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil, milli təhlükəsizlik və İranın mümkün təsir strategiyası

Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi yalnız təhsil sisteminin daxili qaydaları ilə məhdudlaşmır. Bu təşəbbüs sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və uşaqların gələcək dünyagörüşü baxımından da əhəmiyyət daşıyır. Mövzu ətrafında aparılan ictimai müzakirələr is

13 oktyabr
.

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy

13 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr