Ukraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib.
Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib.
"Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid kompleks dəstək sistemində birləşdirir. Sənəd pul yardımı ilə yanaşı, icma səviyyəsində sosial xidmətlərin göstərilməsini nəzərdə tutur və hər bir ailəyə fərdi yanaşmanı təmin edir", - deyə Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma məsələləri komitəsinin rəhbəri, "Xalqın xidmətçisi" fraksiyasının üzvü Yelena Şulyak "İnterfaks-Ukrayna" agentliyinə bildirib.
Onun sözlərinə görə, müharibə sosial riskləri daha da artırıb və çətin həyat şəraitində olan ailələrin sayının çoxalmasına səbəb olub. Mövcud sosial dəstək sistemi isə hələ də pərakəndə xarakter daşıyır: dövlət ödənişləri icma səviyyəsində göstərilən sosial xidmətlərlə inteqrasiya olunmayıb.
Deputat bildirib ki, Ukraynada 2025-ci il iyulun 1-dən etibarən artıq əsas sosial yardımın göstərilməsi üzrə bir neçə ödəniş növünü birləşdirən eksperimental layihə həyata keçirilir. Bunlara aztəminatlı ailələrə, tək analara və çoxuşaqlı ailələrə verilən yardımlar, valideynləri aliment ödəməyən uşaqlara ödənişlər, habelə pensiya almaq hüququ olmayan şəxslərə və əlilliyi olan şəxslərə göstərilən yardımlar daxildir. Deputat qeyd edib ki, yeni qanun layihəsi eksperimentin nəticələri nəzərə alınmaqla bu modeli daimi əsasda təsbit edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 143 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabr