"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsil mühitini qorumaq, təhsil prosesində dünyəvilik prinsipini təmin etmək və şagirdlər arasında xarici görünüşə görə fərqliliklərin ön plana çıxmasının qarşısını almaqdır. Təbii ki, son illərdə İranın xüsusi xidmət orqanlarının Azərbaycanda radikal dini ideologiyanın yayılmasına yönəlmiş fəaliyyətləri ilə bağlı müxtəlif faktlar ictimaiyyətə açıqlanıb". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.
"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər BadamovOnun sözlərinə görə, bu kimi cəhdlərin məqsədi güclü, müstəqil və suveren Azərbaycan dövlətinin zəiflədilməsi, cəmiyyətdə parçalanma və sosial gərginlik yaradılmasıdır: "Biz bir dövlət və xalq olaraq əldə etdiyimiz nailiyyətləri qorumalı, dövlətçiliyimizə və milli birliyimizə təhlükə yarada biləcək hər hansı təxribat xarakterli fəaliyyətin qarşısını almalıyıq. Vahid məktəbli formasının tətbiqinə başlanıldıqdan sonra təhsil müəssisələrinin qarşısında aksiyaların keçirilməsi, dövlət əmlakına ziyan vurulması və cəmiyyətdə sosial gərginlik yaradılması ilə bağlı cəhdlərin müşahidə olunduğunu görürük. Bu kimi hallara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməli, ictimai asayişin və qanunun aliliyinin qorunması təmin edilməlidir.

Digər tərəfdən, məktəbli formasına dair tələbləri Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim etməyə çalışan yanaşmalar da mövcuddur. Halbuki ölkəmizdə dini etiqad azadlığı Konstitusiya və qanunlarla təmin olunur. Burada söhbət hər hansı şəxsin dini inancına görə ittiham edilməsindən və ya dini etiqadının hədəfə alınmasından getmir. Məsələ təhsil müəssisələrində müəyyən edilmiş qaydaların və dünyəvi təhsil prinsiplərinin qorunmasıdır.

Bu gün Azərbaycan dövləti məscidlərin və tarixi-dini abidələrin bərpasına, dini biliklərə yiyələnmiş kadrların hazırlanmasına, eləcə də dini icmaların fəaliyyətinə dəstək göstərir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər ölkəmizdə dini irsə və dini icmaların fəaliyyətinə diqqət yetirildiyini göstərir. Buna görə də məktəbli formasına dair qaydaların dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim edilməsi məsələnin mahiyyətini əks etdirmir.

Baş verən proseslərə münasibətdə əsas diqqət dinin və dini dəyərlərin qorunması ilə siyasi məqsədlər naminə dindən istifadə edilməsi arasındakı fərqə yönəldilməlidir. Dini inancların siyasi təsir vasitəsinə çevrilməsi, cəmiyyətdə qarşıdurmanın təşviq edilməsi və milli birliyə xələl gətirilməsi yolverilməzdir. Azərbaycan xalqı əldə etdiyi nailiyyətləri, milli həmrəyliyini və dövlət müstəqilliyini qorumaqda qərarlıdır.

Azərbaycan müstəqil və suveren siyasət yürüdən, milli maraqlarını qorumağa qadir olan dövlətdir. Dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətdə sabitliyin və birliyin qorunması, təhsil sistemində dünyəvilik prinsipinin təmin olunması hamımızın ortaq məsuliyyətidir. Ölkəmizin müstəqilliyinə, suverenliyinə və ictimai sabitliyinə xələl gətirə biləcək hər hansı qanunsuz fəaliyyətə qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 198   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy

13 oktyabr
.

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva

"Bəzi qərəzli qüvvələrin məktəblərdə daxili intizam qaydalarının və vahid geyim forması ətrafında məsələləri məqsədli şəkildə siyasiləşdirməsi, ictimai narazılıq yaratmaq və cəmiyyətdə qarşıdurma formalaşdırmaq vasitəsinə çevirməyə çalışması yolverilməzdir. Bu qərəzli yanaşma, hər şeydən əvvəl

13 oktyabr
.

Vahid məktəbli forması milli təhsil siyasətinin və cəmiyyətin birliyinin göstəricisidir

Vahid məktəbli formasının tətbiqi ətrafında aparılan müzakirələrə yalnız geyim seçimi məsələsi kimi yanaşmaq düzgün deyil. Bu məsələ məktəblərdə bərabərliyin təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının alınması, təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi v

14 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, informasiya manipulyasiyası isə milli təhlükəsizliyə çağırışdır

Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin zahiri görünüşü ilə bağlı məsələ deyil. Bu, məktəb mühitində sosial bərabərliyin möhkəmləndirilməsi, uşaqlar arasında ayrı-seçkiliyin azaldılması, təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və vahid təhsil mədəniyyətinin formalaşdırılmas

13 oktyabr
.

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat

13 oktyabr
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

14 oktyabr
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13 oktyabr