Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonunda inşa ediləcək. Burada "Afrika Qran-prisi" adı altında yarış keçiriləcək. Formula-1 nümayəndələri trasın "növbəti onilliyin əvvəlində" hazır olacağını bildiriblər.
Yarışın 2030-cu illərin əvvəlində, Formula-1-in Afrikada son mərhələsinin keçirilməsindən 33 il sonra baş tutacağı gözlənilir. 1993-cü ildə "Qran-pri" Cənubi Afrikadakı Kyalami trasında keçirilmişdi.
Ruandanın prezidenti Pol Kaqame bunun ölkə üçün qürurverici gün olduğunu bildirib. Onun sözlərinə görə, çempionat ölkəyə yalnız idman baxımından deyil, həm də yeni iş yerlərinin yaradılması, peşəkar bacarıqların inkişafı və turizmin artması hesabına uzunmüddətli fayda gətirəcək.
Qeyd olunur ki, son onilliklərdə çempionatın coğrafiyası sürətlə genişlənərək Avropa, Asiya və Şimali Amerikanı əhatə edib. Nəticədə Afrika Kyalamidə keçirilən Qran-pridən sonra yarışların təşkil olunmadığı yeganə qitə olaraq qalıb.
Trasın layihələndirilməsi keçmiş pilot Aleksandr Vurtsun təsis etdiyi "WurzDesign" şirkəti və Malayziyadakı Sepanq trası da daxil olmaqla bir çox Formula-1 avtodromunun yaradılmasında iştirak edən "Tilke" mühəndis qrupu ilə birgə aparılır.
Yeddiqat dünya çempionu Lyuis Hemilton dəfələrlə Afrikada yarış keçirilməsini arzuladığını bildirib. O, karyerasını başa vurmamışdan əvvəl qitədə mərhələnin keçirilməsinə nail olmaq üçün kulis arxasında fəaliyyət göstərdiyini etiraf edib:
"Mən həmişə demişəm ki, Afrikada Qran-priyə ehtiyacımız var. Mənim üçün bu, ən mühüm və ən gözəl qitədir. Biz bu qitədən başqa bütün qitələrdə təmsil olunuruq və bunun belə qalması üçün heç bir səbəb yoxdur. Mən uzun müddətdir bu ideyanı irəli sürürdüm və Stefano möhtəşəm iş gördü".
Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qitədə "Kral yarışları"nın 100 milyondan çox azarkeşinin marağını təmin etmək imkanından məmnun olduğunu deyib.
"Gələn onillikdən etibarən Ruandanın yarışlar təqviminə daxil edilməsi ilə idmanımızın yarışları bütün məskunlaşmış qitələrdə keçiriləcək. Bu da dünya çempionatını bütün dünyadakı azarkeşlərə əvvəlkindən daha da yaxınlaşdırmağa imkan verəcək. Afrika həmişə Formula-1-in gələcəyinin bir hissəsi olub və ilk gündən ora layiqincə qayıtmaq əzmində olmuşuq: etibarlı tərəfdaş, uzunmüddətli öhdəliklər və əhəmiyyətli nəticələrə necə nail olacağımıza dair aydın baxışla", deyə o bildirib.
Kiqali Beynəlxalq Hava Limanının yaxınlığında inşa ediləcək tras Formula-1 yarışlarının keçirilməsi üçün tələb olunan FIA-nın birinci kateqoriya (Grade 1) standartlarına cavab verəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu