Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib.
Sonxeber.az AMADA-ya istinadən xəbər verir ki, vebinarlar müvafiq olaraq çempionatda iştirak edəcək idmançılar və onların köməkçi heyəti üçün nəzərdə tutulub.
Maarifləndirmə tədbirlərinin məqsədi iştirakçıların antidopinq qaydaları üzrə biliklərini artırmaq, hüquq və öhdəliklərini izah etmək, mümkün antidopinq risklərinin qarşısının alınmasına dəstək göstərmək olub.
Vebinarlarda antidopinq qayda pozuntuları və onların nəticələri, dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, dərman və qida əlavələrinin istifadəsi ilə bağlı risklər, terapevtik istifadə üçün istisnalar, eləcə də mümkün dopinq halları barədə məlumat təqdim edilib.
Hər iki vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular üzrə əlavə izahlar verilib.
Vebinarlar idmançıların və onların köməkçi heyətinin dünya çempionatına daha məlumatlı hazırlaşmasına, idmançı sağlamlığının qorunmasına və təmiz idman prinsiplərinin təşviqinə xidmət edib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17-18-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 182 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Olisedən tarixi göstərici
Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ötən gün Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib. xəbər verir ki, bu görüşdə Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olise iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da futbolçunun Fransa millisind
6 oktyabrKənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub
"Zəngəzur"un futbolçusu Kənan Mirzəliyev Azərbaycan Kubokunda 3700-cü qolu vurub. xəbər verir ki, yubiley qolu I təsnifat mərhələsinin "Difai" - "Zəngəzur" matçına (1:3) təsadüf edib. K.Mirzəliyev görüşdə sonuncu, mövsümdə isə 23-cü qolun müəllifi olub. Bu, 1992-ci ildə
9 oktyabrBakı növbəti mühüm idman yarışına hazırlaşır
Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22-30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı paytaxt Bakıda təşkil olunacaq. xəbər verir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməs
5 oktyabr"Barselona" Rafinya ilə müqavilənin müddətini uzatdı
İspaniyanın "Barselona" klubu braziliyalı futbolçusu Rafinya ilə müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, futbolçu ilə Kataloniya klubu arasında yeni müqavilə 2030-cu ilin iyununadək qüvvədə olacaq. Razılaşmanı
6 oktyabrPremyer Liqa: "Neftçi" - "Sabah" oyununun hakimləri açıqlanıb
Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Turun mərkəzi oyunu olan "Neftçi" - "Sabah" qarşılaşmasını Rauf Cabarov idarə edəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 9 oktyabr. 16:00
8 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr