Bakı növbəti mühüm idman yarışına hazırlaşır

Bakı növbəti mühüm idman yarışına hazırlaşırDünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22-30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı paytaxt Bakıda təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilən idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir infrastrukturun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin "15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunur.

Belə ki, oyunların böyük əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir. Turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın oyun məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.

Dünyanın 190-na yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçunun, məşqçinin və rəsmilərin turnirdə iştirak məqsədilə ölkəmizə səfəri nəzərdə tutulur.

Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfəri çərçivəsində Hövsan Yarış Kompleksində turnirə hazırlıq işləri ilə yaxından tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.

Canni İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı təşkilati işləri, Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.

Azərbaycanın mövcud müasir idman infrastrukturu, sabitliyi, təhlükəsizliyi və ötən illər ərzində qazandığı zəngin təşkilatçılıq təcrübəsi belə irimiqyaslı tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi üçün imkan yaradır. Bu baxımdan, ölkəmizin ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibi seçilməsi təsadüfi deyil.

Bu turnir eyni zamanda Azərbaycanın beynəlxalq futbol ictimaiyyəti ilə əməkdaşlığının genişləndirilməsi, uşaq və yeniyetmə futbolunun inkişafı, gənc nəslin idmana marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 247   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı növbəti mühüm idman yarışına hazırlaşır

Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22-30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı paytaxt Bakıda təşkil olunacaq. xəbər verir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməs

5 oktyabr
.

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə

4 oktyabr
.

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O

5 oktyabr
.

Maykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılıb

ABŞ-nin "Çikaqo Bulls" komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş forma hərracda 12,26 milyon dollara satılıb. xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi məlumat yayıb. 63 yaşlı keçmiş idmançı həmin ağ rəngl

1 oktyabr
.

"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub

Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab

29 sentyabr
.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28 sentyabr
.

Nəriman Axundzadə 10 ay sonra qol vurdu - Video

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. Nəriman Axundzadə sonunc

1 oktyabr
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26 sentyabr
.

Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq

Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə regional yarış keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Oktyabrın 16-da baş tutacaq turnirdə müxtəlif bölgələri təmsil edən idmançılar bacarıqlarını göstərməyə çalışacaqlar

2 oktyabr