Yəməndə husilərin hücumları zamanı 8 nəfər ölüb
Son 48 saat ərzində Yəməndəki husilərin Taiz əyalətinə hücumları nəticəsində səkkiz dinc sakin ölüb, daha 26 nəfər isə yaralanıb.
"Report"un "Al Jazeera"ya istinadən xəbər verir ki, bu, Yəmən Hüquq və Azadlıqların Müdafiəsi Şəbəkəsinin hesabatında qeyd olunub.
Təşkilatın məlumatına görə, ölənlər arasında üç qadın və üç uşaq, yaralananlar arasında isə yeddi qadın və dörd uşaq var.
Hesabatda qeyd olunub ki, husilər Taizin mərkəzindəki Sina məhəlləsinə iki ballistik raket atıblar. Əyalətin yaşayış rayonlarına hücumlar zamanı onlar həmçinin minaatan, reaktiv və artilleriya mərmiləri, eləcə də pilotsuz uçuş aparatları daxil olmaqla, 147-yə yaxın döyüş sursatından istifadə ediblər.
Oktyabrın əvvəlindən husilər Yəmənin üçüncü ən böyük şəhərini mühasirəyə alaraq, onu hökumətin müvəqqəti paytaxtı olan Ədənlə birləşdirən yolu bağlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 108 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy
19 oktyabrYəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub
Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə
21 oktyabrTürkiyədə maraqlı tapıntı aşkarlandı
Arxeoloqlar 2024-cü ildə Türkiyənin cənub-qərbində aşkar edilmiş Roma dövrünə aid əhəngdaşı kahinliyinin üzərindəki yazıları deşifrə ediblər. Məlum olub ki, daş sütunda qədim sakinlərin heyvan sümüklərindən düzəldilmiş zarlardan istifadə edərək tanrılara verdiyi 56 suala cavab varmış. xəbər verir ki
21 oktyabrMarneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb
Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki
20 oktyabrTürkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. xəbər verir ki, Türkiyənin İstanbul və Kocaeli əyalətlərində aramsız yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. İstanbulda palçıq sürüşməsində
20 oktyabrLiviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Liviyanın Təhlükəsizlik Təhdidləri ilə Mübarizə Agentliyinin azı 9 əməkdaşı paytaxt Tripolidən qərbdə yerləşən Zaviyyə şəhərində təlimlər zamanı minaatandan atılan atəş nəticəsində ölüb, bir neçə nəfər yaralanıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə baza
19 oktyabrUkrayna BVF-yə ikinci ən böyük borclu ölkəyə çevrilib
Ukrayna Beynəlxalq Valyuta Fondunun (BVF) dünyanın ən böyük borcluları siyahısında ikinci yerdədir. xəbər verir ki, BVF-nin məlumatına görə, 2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkənin Fonda 14,5 milyard dollar borcu var idi. Ukraynanın ümumi borc məbləği 10,69 milyard Xüsusi Borclanm
20 oktyabr