Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQDərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığı üçün keyfiyyətini itirmiş dərmanların dövriyyədə olması insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu səbəbdən həm satış məntəqələrinə nəzarət, həm də vətəndaşların dərman alarkən diqqətli davranması vacibdir.

Bəs, dərmanların satışı, istifadəsi və saxlanması zamanı hansı pozuntular insan sağlamlığı üçün daha ciddi təhlükə yaradır? Vətəndaşlar aldıqları dərmanların keyfiyyətini, mənşəyini və saxlanma şəraitinin tələblərə uyğunluğunu necə yoxlaya bilərlər?
Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, dərman vasitələrinin hazırlanması, ölkəyə gətirilməsi, tərkibi və saxlanma şəraiti ilə bağlı qaydalar pozulduqda tətbiq edilən cərimələr dərman təchizatına mənfi təsir göstərməz:

"Əksinə, bu cür tədbirlər dərmanların keyfiyyətinin və təchizat prosesinin daha da yaxşılaşdırılmasına xidmət edə bilər. Əvvəllər dərmanların içərisinə istifadə qaydalarını izah edən qısa təlimat vərəqləri qoyulurdu. Həmin təlimatlarda, əsasən, dərmanın yeməkdən əvvəl və ya sonra, gün ərzində neçə dəfə qəbul edilməli olduğu qeyd edilirdi. Hazırda isə dərmanların içlik vərəqələrində daha ətraflı məlumat verilir. Burada preparatın hansı hallarda istifadə edilə biləcəyi, kimlərə uyğun olmadığı, qəbul qaydaları, dozası və saxlanma şəraiti barədə məlumatlar yer alır".

Ekspert bildirib ki, dərmanların içlik vərəqələrinin əvvəlkindən daha geniş olması təkcə Azərbaycana xas deyil, beynəlxalq təcrübədə də belə yanaşma mövcuddur:

"Bu məlumatlar insanların dərman vasitələri haqqında daha ətraflı məlumat əldə etməsinə kömək edir. Vətəndaşlar dərman vasitəsinin istifadəsi ilə bağlı bir çox sualların cavabını onun içərisinə qoyulan annotasiyanı oxumaqla öyrənə bilərlər. Həmin vərəqədə preparatın istifadə qaydaları, dozası, əks-göstərişləri və saxlanma şəraiti haqqında məlumatlar əks olunur. Buna görə də vətəndaşlar dərman qəbul etməzdən əvvəl annotasiyanı diqqətlə oxumalı və orada göstərilən məlumatlarla tanış olmalıdırlar. Bununla belə, dərmanın istifadəsi ilə bağlı şübhə yarandıqda mütəxəssisə müraciət etmək vacibdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 439   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Gözləriniz əsl yaşınızı göstərə bilər

Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı

30 sentyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma

Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl

29 sentyabr
.

Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video

"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri

4 oktyabr