Həqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?
Yalan iddiaların sistemli şəkildə təkrarlanması insanların onları doğru kimi qəbul etməsinə səbəb ola bilər. Psixologiyada bu hadisə "həqiqət illüziyası effekti" adlanır.
Oxu.Az xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina Gazeta.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bu fenomenin araşdırılmasına hələ 1970-ci illərin sonlarında başlanılıb. Alimlər sadə təcrübələr apararaq iştirakçılara müxtəlif iddialar təqdim ediblər. Bu iddiaların bəziləri bir neçə dəfə təkrarlanıb. Daha sonra iştirakçılardan hər bir fikrin nə dərəcədə inandırıcı olduğunu qiymətləndirmək istənilib.
Nəticələr göstərib ki, insanlar təkrar eşitdikləri fikirləri yeni məlumatlarla müqayisədə daha doğru hesab etməyə meyilli olurlar. Bu, hətta həmin iddialar barədə məlumatları olmadıqda və ya onların əvvəlki biliklərinə zidd olduğu hallarda da baş verə bilər.
Onlarla tədqiqatın nəticələrini birləşdirən meta-analiz də bu effektin bir neçə həftəlik fasilədən sonra belə davam edə bildiyini və müxtəlif şəraitlərdə müşahidə olunduğunu təsdiqləyib.
Yelena Şpagina qeyd edib ki, insanın iddianın yalan olduğunu əvvəlcədən bilməsi belə bu effektin təsirini tam aradan qaldırmır.
"Bunun əsas izahlarından biri informasiyanın emalının asanlığı ilə bağlıdır. İnsan hər hansı iddia ilə ikinci, üçüncü və ya onuncu dəfə qarşılaşdıqda, onu daha sürətli və asan qavrayır. Beyin bu asanlığı həqiqət göstəricisi kimi qəbul edə bilər: əgər məlumatı xatırlamaq və anlamaq asandırsa, deməli, çox güman ki, doğrudur. Eyni zamanda, təkrarlama yaddaşda anlayışlar arasındakı əlaqələri daha da möhkəmləndirir", - deyə mütəxəssis bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 211 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini
20 oktyabr"123456" şifrəsinə görə 8,8 milyon nəfərin məlumatları oğurlanıb
Danimarkada bir haker özəl İT şirkətinin administrator hesabında dünyanın ən zəif şifrələrindən biri olan "123456"dan istifadə edilməsindən yararlanaraq 8,8 milyon nəfərin şəxsi məlumatlarını ələ keçirib. xəbər verir ki, hakerin sözlərinə görə, şirkətin ən azı üç hesabı, o cümlədən administrato
18 oktyabrHəqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?
Yalan iddiaların sistemli şəkildə təkrarlanması insanların onları doğru kimi qəbul etməsinə səbəb ola bilər. Psixologiyada bu hadisə "həqiqət illüziyası effekti" adlanır. xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina -ya açıqlamasında bildirib. Mütəxəssisin sözlərin
25 oktyabrHeyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Heyva kəsildikdən qısa müddət sonra rəngini dəyişərək qəhvəyiyə çevrilir. Mətbəxdə tez-tez rast gəlinən bu təbii proses havanın meyvə ilə təması nəticəsində başlayır və bir neçə sadə üsulla bunun qarşısını almaq mümkündür. xəbər verir ki, heyva kəsildikdə hüceyrələri zədələnir və tərkibindəki fermentlə
25 oktyabrYaşıl ulduz kəşf edildi
Astronomlar atmosferindəki natriumun işıqla qarşılıqlı təsiri nəticəsində yaşılımtıl rəngdə görünən ağ cırtdan ulduz aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, Süd Yolu Qalaktikasında, Əjdaha bürcündə yerləşən WD J1330+6435 adlı ulduz Yer kürəsindən təxminən 280 işıq ili uzaqdadır. Tədqiqatçıları
21 oktyabrNeandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21 oktyabrNarın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - VİDEO
Narın dənələrini qabığından ayırmağın fərqli üsulu sosial şəbəkələrdə marağa səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə nar dənələrinin qısa müddətdə bir-birindən ayrılması əks olunub. Sadə üsulla narın dənələrinin asanlıqla çıxarılması izləyicilərin diqqətini çəkib. Video sosial şəbəkə istifadəçilər
25 oktyabr