Bu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Sonxeber.az xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Xaqan Dadaşov, Xıdır Mustafayev, İsfəndiyar Zülalov, Məhəmməd Naxçıvani, Müzəffər Həsənov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Həmçinin yenidənqurma işləri ilə əlaqədar Şəmkir və Göygöldə də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Şəmkir və Göygöl Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində bir sıra 10 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar Şəmkirin Çinarlı kəndində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Göygöl rayonu Əlimədədli və Nadil kəndlərində saat 14:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 127 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb
Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela
26 oktyabrXəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın
26 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrAzərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo
25 oktyabrBu ərazilərdə işıq olmayacaq
Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və arta
26 oktyabr