Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub.
Təqdimat Qırğızıstanın paytaxtı Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev tərəfindən Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsi, həmçinin "Ən yaxşı jurnalist" medalı təqdim edilib.
İlyasbek Baltaşev qeyd edib ki, "Qırğızıstan Jurnalistlər Birliyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk dəfədir ki, biz ölkə xaricindən jurnalistləri təltif edirik. Bu təltif türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin media müstəvisində gücləndirilməsi, ortaq dəyərlərin təbliği və jurnalistlər arasında peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə verilən qiymətdir".
İlyasbek Baltaşev onu da vurğulayıb ki, "Azərbaycan və Qırğızıstan media qurumları arasında birbaşa təmasların artırılması iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanıması baxımından əhəmiyyət daşıyır. Qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması bu əlaqələrin davamlı inkişafı üçün mühüm imkanlar yaradır".
Qeyd edək ki, Aqil Ələsgərlə yanaşı, Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri, dr. Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da medalla təltif olunub və fəxri üzvlüyə qəbul ediliblər.
Xatırladaq ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri çərçivəsində də Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına "Kəməl Ata Kəməngər" ordeni ilə təltif olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 195 Tarix: 26 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
25 oktyabrBakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir. eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verə
26 oktyabrXəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər
Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın
26 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabr