Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 704,525 milyon manat sığorta haqqı toplanılıb.
Sonxeber.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,3 % artaraq 650,712 milyon manata çatıb.
Beləliklə, 9 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 92,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 73,9 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Bu il sentyabrı
9 oktyabrQızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki, gümü
24 oktyabrAzərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo
26 oktyabrÖlkə bazarında qızılın son qiymətləri açıqlandı
Ölkə bazarında 2026-cı il 21 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bu günə olan göstəricilərə əsasən, qızılın bir unsiyası 7044.50 manat, 1 qramı isə 226.49 manat təşkil edir. Müxtəlif əyyarlı qızıl növlərinin 1 qramının qiyməti təmiz qızıl (99 əyyar
21 oktyabrAzərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan ilə Cənubi Koreya aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, həmçinin iki ölkənin aviaşirkətlərinin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə edib. xəbər verir ki, bu barəd
20 oktyabrBakı Limanında konteyner daşımaları 30 % artıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 00 TEU həcmində konteyner daşınması həyata keçirilib. xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30
14 oktyabr