Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilibBu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb.

Sonxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır.

9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazarda (4,2 % çox), 28 milyard 973 milyon manatlıq hissəsi isə təkrar bazarda (36,5 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 49 622 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. Əqdlərin 26 341-i ilkin bazarın (8,9 dəfə çox), 23 281-i isə təkrar bazarın (12,8 % çox) payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 4 milyard 568,1 milyon manatlıq hissəsi və yaxud 13,1 %-i dövlət qiymətli kağızlarının, 4 milyard 148,9 milyon manatlıq hissəsi və yaxud 11,9 %-i korporativ qiymətli kağızların, 26 milyard 187,7 milyon manatlıq hissəsi və yaxud 75 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 47,4 % az, 76,7 % çox və 35 % azdır.

9 ayda bu bazarda bağlanmış əqdlərin isə 638-i və yaxud 1,3 %-i dövlət qiymətli kağızlarının, 44 567-si və yaxud 89,8 %-i korporativ qiymətli kağızların, 4 417-si və yaxud 8,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 34,4 % az, 2,55 dəfə çox və 12,95 % azdır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 201   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent qiyməti bir barel üçün 111 dollara yüksəldi

Yaxın Şərqdən tədarük və ABŞ-da ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bu səhər əhəmiyyətli dərəcədə yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 2,21 dollar (2,03%) çox

22 oktyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

Qızılın qramı neçəyədir?

Azərbaycanda 13 oktyabr 2026-cı il tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bir unsiya qızılın dəyəri 7132.9705 manat təşkil edib. Qiymətli metalın 1 qramının baza qiyməti isə 229.33 manat olaraq rəsmiləşib. Qızıl bazarında müxtəlif əyyarlar üzrə 1 qramın qiymətin

13 oktyabr
.

Qızılın bir qramı neçəyə oldu?

Azərbaycanda 2026-cı il 14 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 133,2510 manat, 1 qram qızıl isə 229,34 manat təşkil edir. Əyarlar üzrə 1 qramın qiyməti 99 əyyar (Təmiz qızıl) - 229,34 manat, 750 əyyar (İtalyan qızılı) - 172,18 manat

14 oktyabr
.

Neft qiymətləri artmaqda davam edir

Neft qiymətləri, əvvəlki gün kəskin artımdan sonra cümə səhəri yüksəlir və bu artım nəticəsində Brent 4 maydan bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,75 dollar (0,66 faiz) çox, bir barel üçü

23 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Ölkə bazarında 2026-cı il 22 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044,50 manat, 1 qram ümumi qızılın qiyməti isə 226,49 manat təşkil edir. Əyar və mənşəyinə görə qızıl növlərinin bir qramının qiymətinə gəlincə, 99 əyyar təmi

22 oktyabr
.

Xarici ticarət iştirakçılarının sayı 30%-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 41 708 xarici ticarət iştirakçısı olub. Bu barədə -a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,65% azdır. O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 36,2% azalaraq 3

21 oktyabr
.

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri sentyabrda 31 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57,4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. Təkcə sentyabrda isə b

16 oktyabr