Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədirPrezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir.
XX əsrin ikinci yarısında, xüsusilə 1960-1980-ci illərdə multikulturalizm ideyası bir sıra Qərb ölkələrində dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların dinc yanaşı yaşaması, tolerantlıq və qarşılıqlı hörmət həmin cəmiyyətlərin əsas dəyərləri kimi təqdim olunurdu. Lakin bu gün həmin ölkələrin bir qismində inteqrasiya, ictimai həmrəylik və müxtəlif icmalar arasında münasibətlərlə bağlı böhran yaşanır.
Azərbaycanın təcrübəsi bu baxımdan fərqli yanaşma təqdim edir. Ölkəmizdə multikulturalizm yalnız rəsmi bəyanatlar, dövlət proqramları tədbirlərlə məhdudlaşmır. O, müxtəlif etnik, dini və mədəni mənsubiyyətlərə malik insanların ortaq cəmiyyətin bir hissəsi kimi yaşaması ənənəsinə söykənir.
Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, Azərbaycanda həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın yüksək səviyyəsi hiss olunur. Bu birliyin əsasını təşkil edən milli ideyalardan biri azərbaycançılıqdır. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətlərə malik insanları vahid dövlət və cəmiyyət ətrafında birləşdirən ortaq kimlikdir. Bu həmrəyliyin ən çətin sınaqlardan keçərək möhkəmləndiyini müstəqillik tariximiz də göstərir. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanın özünəməxsusluğunu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək uğrunda birlik nümayiş etdirdilər. Prezidentin ifadə etdiyi "Dəmir yumruq" rəmzi məhz bu milli həmrəyliyin və ortaq məqsəd ətrafında birləşməyin təcəssümünə çevrildi.
Azərbaycan modelinin əsas xüsusiyyəti müxtəlifliyin vahid mədəni təməl üzərində birləşməsidir. Bu təməl müxtəlif xalqların, dini icmaların, regionların və mədəni ənənələrin töhfələri ilə formalaşmış Azərbaycan mədəniyyətidir. Başqa sözlə, fərqliliklər ümumi kimliyi zənginləşdirir.
Multikulturalizmin davamlılığı üçün yalnız müxtəlifliyi tanımaq kifayət deyil. "İnsanları birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və mənsubiyyət hissi də vacibdir. Cəmiyyətin birliyini qorumaqla mədəni müxtəlifliyi yaşatmaq arasında tarazlığın yaradılması bu modelin əsas xüsusiyyətlərindəndir. Məhz buna görə Azərbaycanın multikulturalizm təcrübəsi beynəlxalq dialoq baxımından diqqətəlayiqdir. Onun əsas mesajı budur: müxtəliflik cəmiyyətin parçalanmasına deyil, ortaq mədəni irsin və gələcəyin formalaşmasına töhfə verə bilər.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 220   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişiklikl

27 oktyabr
.

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimdə çıxış edib - Foto/Video

Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. 10:04. Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusund

27 oktyabr
.

Hikmət Hacıyev: "Ermənistanda bəzi şəxslərin Azərbaycan xalqından üzr istəməsini gözləyirik"

"Sülh sazişinin real məzmun alması, konkret nəticələrə çevrilməsi və müvafiq ölkələr üçün uzunmüddətli sülhün təmin olunmasına xidmət etməsi vacibdir". xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye

26 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

Azərbaycan Prezidenti: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

"Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. "Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət qazana

27 oktyabr
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

26 oktyabr
.

Prezident: "Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Video

"Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib. Dövlətimizi

27 oktyabr
.

İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikas

27 oktyabr
.

İlham Əliyev Aleksandr Zuyevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığı

26 oktyabr