Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq cəzanın real çəkilməsinə zərurət görülməyib.
Bəs şərti məhkum edilmiş Mehdiyevə hansı qadağalar qoyula bilər?
"Qafqazinfo"nun məlumatına görə, şərti məhkumluğun müəyyən qaydaları var. Amma bütün məhkumlara eyni qaydalar tətbiq edilməyə bilər, bu, məhkəmənin hökmündən asılıdır.
Şərti məhkum edilmiş şəxsə əsasən aşağıdakı qadağalar tətbiq olunur:
Ölkədən kənara çıxmaq;
Nəzarəti həyata keçirən orqana məlumat verilmədən daimi yaşayış yerini dəyişdirmək;
Müəyyən yerlərə getmək;
Elektron nəzarət vasitəsinin daşınması;
Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə;
Alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəliklərdən müalicə kursunun keçilməsi.
Bunlardan başqa, məhkəmə məhkumun islah edilməsinə kömək edən digər vəzifələr də müəyyən edə bilər.
Şərti məhkumetmə zamanı 6 aydan 5 ilə qədər sınaq müddəti müəyyən edilir. Bu müddət ərzində məhkum davranışı ilə islah olunduğunu sübut etməlidir. Əgər sınaqdan keçməsə, 88 yaşlı Ramiz Mehdiyevin cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.
Müxtəlif vaxtlarda qanını dəyişməklə və başqa üsullarla ömrünü uzatmağa çalışdığı deyilən "boz kardinal"ın cəzanın sonunadək yaşayıb-yaşamayacağını isə Tanrı bilir. Məlumat üçün deyək ki, Azərbaycan uzunömürlülər diyarıdır, ən yaşlı vətəndaşımız 4 ay əvvəl 136 yaşında vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 439 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin
28 oktyabrAzərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
28 oktyabrXınalıqda müəllim vəfat etdi
Uzun illər Azərbaycanın ən ucqar və qədim yaşayış məskənlərindən olan Qubanın Xınalıq kənd orta məktəbinin direktoru və müəllimi işləmiş Ənvər Hacıməmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar. Ə.Hacıməmmədov bu gün xəstəlik səbəbindən ölüb
28 oktyabrXalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist
28 oktyabrEvi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar
Azərbaycanda çıxarışı (kupçası) olmayan evlərin sığortalanması məsələsi vətəndaşlar üçün aktual suallardan biridir. Belə əmlakların hüquqi statusu, tikiliyə dair mövcud sənədlər və mülkiyyət hüququnun hansı əsaslarla təsdiqlənməsi sığorta müqaviləsinin bağlanmasına təsir göstərə bilər. Eyni zamanda
28 oktyabrSakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidir (VİDEO)
Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar. Sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir. Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır. İddialar
28 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrBakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenidən su ilə doldurulacaq. -in əldə etdiyi məlumatına görə, hazırda ərazidə təmir və yenidənqurma işlərinə hazırlıq görülür. İşlərin yaxın zamand
28 oktyabr