"Bir səhər əllərini sonuncu dəfə tutdum"

"Bir səhər əllərini sonuncu dəfə tutdum"Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:

"Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonuncu dəfə doya-doya içimə çəkdim.

Kaş hər qucaqlamağın, hər öpüşün, hər ‘səni sevirəm’in sonuncu ola biləcəyini düşünəydik. Bəlkə onda heç bir sevgini içimizdə saxlamaz, heç bir xoş sözü sabaha qoymazdıq".

Aparıcı anası həyatda olanlara səslənərək onlara sevgilərini ifadə etməyi, qucaqlamağı və xoş sözləri sabaha saxlamamağı tövsiyə edib:

"Çünki bir gün o sabah hansımız üçünsə gəlmir… Sevdiklərimiz yanımızda olanda elə bilirik ki, sevgimizi bilirlər, hiss edirlər, deməsək də anlayırlar. Amma insan sevdiyi adamın sevgisini təkcə bilməyə yox, onu eşitməyə, hiss etməyə, o sevgini yaşamağa da möhtacdır. Ona görə də sevməyi də, deməyi də, göstərməyi də sabaha saxlamayın".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 141   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30 oktyabr
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18 oktyabr
.

Başqa həbsxanaya köçürüldü

Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-

18 oktyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25 oktyabr
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

1 noyabr