Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, R.Y. Nizami rayonu, Qara Qarayev prospektində yerləşən qeyri-yaşayış sahəsinin arxa hissəsində tikinti aparmaq istəyən vətəndaşa kömək təklif edib. O, özünü "Elçin" kimi təqdim edərək Nizami Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu və tikintiyə icazə ala biləcəyini bildirib.
İş materiallarına görə, R.Y. bu vədlə zərərçəkmiş şəxslə 100 min manat qarşılığında razılaşıb. Məbləğin 50 min manatının əvvəlcədən, qalan hissəsinin isə tikinti işlərinə başlanıldıqdan sonra verilməsi nəzərdə tutulub.
2025-ci ildə Nizami Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında görüşən tərəflər razılaşdırılmış məbləğin ilkin hissəsi olan 50 min manatı təqsirləndirilən şəxsə veriblər. R.Y. daha sonra icra hakimiyyətinin binasına daxil olub, geri qayıdaraq rəhbər şəxsin yerində olmadığını bildirib. O, sonradan "Şuşa" restoranında görüş təşkil edərək pulun aidiyyəti şəxsə çatdırılacağını deyib.
Lakin vəd edilən icazə alınmayıb. Zərərçəkmiş şəxs tikintiyə başlamaq istədikdə əraziyə Nizami Rayon İcra Hakimiyyətinin və polis əməkdaşları gələrək işləri dayandırıblar. Bundan sonra onun aldadıldığı məlum olub. Dəymiş 50 min manatlıq ziyan isə ödənilməyib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı etiraf edib. O, zərərçəkmişdən 50 min manat aldığını, həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini və hazırda pulu qaytarmaq imkanının olmadığını bildirib.
Qeyd edək ki, R.Y. əvvəllər də məhkum olunub. O, 2017-ci ildə hədə-qorxu ilə tələb etmə cinayətinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 2023-cü ildə başa vursa da, məhkumluğu ödənilməyib. Məhkəmə bunu cinayətin residivi və cəzanı ağırlaşdıran hal kimi nəzərə alıb.
Nizami Rayon Məhkəməsinin hökmü ilə R.Y. 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 217 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr