Türkiyədə güclü zəlzələ: Böyük şəhərlər silkələndi
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra böyük şəhərlərdə hiss olunduğu bildirilir.
Zəlzələnin episentri Aralıq dənizində yerləşib. Təkanların Muğla vilayətinin Datça rayonundan 253.19 kilometr məsafədə qeydə alındığı bildirilib.
Zəlzələnin ocağı 9.07 kilometr dərinlikdə yerləşib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 244 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrKiyev işıqsız qaldı
Ukraynanın paytaxtı Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinin verilişində qəza səbəbindən fasilələr yaranıb. Bu barədə Ukraynanın "DTEK" enerji holdinqi məlumat yayıb. "Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib
2 noyabrBöyük Britaniya Ukraynaya dəstək üçün 10 milyard funt ayıracaq
Böyük Britaniya 10 milyard funt-sterlinq həcmindəki yardım paketi çərçivəsində Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə davam edəcək. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Avropa İttifaqı və Böyük Britaniya arasında təhlükəsizli
2 noyabr