"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV
"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir.
Artıq oxucuların bir qismi informasiya portallarına və qəzetlərin elektron versiyalarına müraciət etmək əvəzinə, süni intellekt platformaları vasitəsilə hazır məlumat və məqalə xülasələri əldə edirlər. Nəticədə media resurslarının oxucu trafiki, reklam gəlirləri və ödənişli abunəçilik imkanları zəifləyə bilər.
Bu baxımdan Qərbin aparıcı media qurumlarının qarşılaşdığı çətinliklər xüsusi diqqət çəkir. Dünyanın nüfuzlu nəşrləri, o cümlədən ənənəvi mətbuat orqanları yeni informasiya istehlakı modelinə uyğunlaşmaq məcburiyyətindədirlər. Çünki oxucu artıq informasiyanı birbaşa media mənbəyindən deyil, süni intellektin təqdim etdiyi ümumiləşdirilmiş cavablardan əldə etməyə üstünlük verə bilir. Bu isə medianın müəlliflik hüquqları, məzmunun kommersiyalaşdırılması və abunəçilik sistemi üçün yeni risklər yaradır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a deyib.
Ekspert qeyd edib ki, digər ciddi problem isə dezinformasiya, saxta xəbərlər, süni yaradılmış görüntülər və ictimai rəyin manipulyasiyası imkanlarının genişlənməsidir. Süni intellekt vasitəsilə həqiqətə çox yaxın saxta məlumatların hazırlanması informasiya təhlükəsizliyi baxımından ciddi çağırışdır. Belə şəraitdə etibarlı jurnalistikanın əhəmiyyəti daha da artır.
Lakin bu prosesin yalnız mənfi tərəflərini görmək də düzgün olmazdı. Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir. O, jurnalistlərin işini sürətləndirir, böyük həcmli məlumatların təhlilini asanlaşdırır, araşdırma jurnalistikasına, tərcüməyə, videoməzmun istehsalına və auditoriya ilə daha çevik ünsiyyətə yeni imkanlar yaradır. Eyni zamanda, media qurumlarının xərclərini optimallaşdırmağa və daha geniş auditoriyaya çıxış əldə etməyə kömək edir.
"Hesab edirəm ki, əsas məsələ süni intellektin jurnalistikanı əvəz etməsi deyil, jurnalistikanın bu texnologiyadan necə istifadə etməsidir. Texnologiya informasiya hazırlaya bilər, lakin onun ictimai-siyasi mahiyyətini dəyərləndirmək, faktları yoxlamaq və cəmiyyət qarşısında məsuliyyət daşımaq peşəkar jurnalistikanın vəzifəsidir.
Azərbaycan mediası da bu yeni mərhələyə hazır olmalıdır. Biz ənənəvi medianın təcrübəsini qoruyaraq süni intellektin imkanlarından istifadə etməli, rəqəmsal transformasiyanı sürətləndirməliyik. Çünki gələcəyin uğurlu media modeli ənənəvi jurnalistikanın peşəkarlığı ilə müasir texnologiyaların imkanlarının vəhdətindən formalaşacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA