Azərbaycan Ordusunun Zəfər yolu

Azərbaycan Ordusunun Zəfər yolu"Azərbaycan xalqı üçün 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları darmadağın edərək həsrətimizə son qoydu. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyası İlqar Əliyev bildirib.

"Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı. 2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada da qaldırıldı.

Zəfər Savaşı adlandırılan və bütün dünyanın diqqət mərkəzində olan, hələ də araşdırılaraq örnək götürülən 44 günlük müharibə hər zaman sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqının istəyini, arzusunu reallığa çevirdi. Bu reallıq isə, sülh istəyinin müqabilində müharibəyə hazır olmaqla, şərəfli, müzəffər orduya sahib olmaqla gerçəkləşdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələsinə başladı, müasir silahların, texnikanın, texnologiyanın əsasında silah-sursatın, hərbi texnikanın alınması reallaşdırıldı. Təsadüfi deyil ki, 44 günlük müharibə, 21-ci əsrin müharibəsi kimi dəyərləndirilib və yeni nəsil silahlar, onlardan istifadə, döyüş taktikası dünyanın hərbi dairələrində hələ də müzakirə mövzusudur.

Bütün dünyaya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini hər kəs izlədi. Dünya ölkələrinə bir daha əyan oldu ki, Prezident İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşizminin başını əzdi - təcavüzkarı layiqincə cəzalandırdı. Müzəffər Ali Baş Komandanın prinsipial siyasəti, qətiyyətli mövqeyi və xalqımızın onun ətrafında sıx birləşməsi və şübhəsiz ki, Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər bizim illərdir əyilmiş qəddimizi düzəltdi. Tariximizə böyük bir töhfə bəxş etdi.

2023-cü il oktyabrın 15-də isə şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil. Bu gün şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki, şəhidlərimizin qanı yerdə qalmadı. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 37   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30 oktyabr
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. paylaşımı təqdim edir:

1 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr
.

Zəfər günü xalqın yaddaşında iz qoyan tarix

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Şanlı qələbə tariximizə çevrilən 8 noyab

2 noyabr
.

Zəfərin zirvəsindən görünən Şuşa

Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdi

2 noyabr
.

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö

3 noyabr
.

Zəfər Günü və Şuşa: Tarixin dəyişdiyi, Azərbaycanın yeni reallıqlar yaratdığı mərhələ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü müasir dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi qələbənin təcəssümü deyil, həm də Azərbaycan dövlətinin uzun illər qarşısında dayanan tarixi vəzifəni reallaşdırmasının, milli iradəni

3 noyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

Zəfər Günü və Şuşa: Azərbaycanın tarixi qələbəsi, milli birliyi və yeni geosiyasi reallıqları

Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın işğaldan azad edilməsi ilə bağlı hadisələr dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də milli iradənin, siyasi qətiyyətin, xalq-ordu birliyinin və tarixi ədaləti

2 noyabr