Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müshibəsində deyib.
Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasların genişləndirilməsi istiqamətində işlər aparılır:
"Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə aparılan kadr hazırlığına analoji olaraq, SDU-da da yeni ixtisasların açılması nəzərdə tutulur. Sumqayıt Dövlət Universitetində növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. Əlbəttə, ilk növbədə hüquqşünaslıq ixtisası nəzərdə tutulur.
Çünki bu sahədə kadr hazırlığına başlamaq üçün ciddi problem yoxdur. Mövcud infrastruktur tələbə qəbuluna və tədrisin təşkilinə imkan verir.
Bu, region üçün də çox önəmlidir. Abşeron-Xızıyla yanaşı, təhsil coğrafiyasında mühüm yer tutan Quba-Xaçmaz iqtisadi rayonu da əhəmiyyətli bölgələrdən biridir və burada 1,2 milyondan artıq əhali yaşayır. Eyni zamanda, sözügedən coğrafiyada kənd təsərrüfatı sahəsi üzrə də ixtisasların açılması barədə düşünürük.
Bu il iki yeni ixtisas üzrə kadr hazırlığının təşkili ilə bağlı müvafiq sənədləri nazirliyə təqdim etmişik.
Bunlar data analitikası və proqram mühəndisliyi ixtisaslarıdır. Hesab edirəm ki, növbəti tədris ilindən Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 395 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabr