Prezident Şuşada açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.









Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 326 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd
7 noyabrPrezident Ağdama getdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda
7 noyabrXİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". xəbə
7 noyabrMüstəqil dövlətin Konstitusiya günüdür
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al
6 noyabrİlham Əliyev brazilyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu
5 noyabr